19 Aprel 2024, Cümə
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı

Ölkə futbolu

Elxan Məmmədov: “Avro-2020 uğrunda mübarizədə Bakının digər şəhərlərdən üstünlüyü odur ki…”

“Səbirsizləklə sentyabrın 19-unu gözləyirik. Həmin gün Avro-2020-nin oyunlarını qəbul edəcək şəhərlərin adları açıqlanacaq”. Futbolxeber.az-ın məlumatına görə, bunu AFFA-nın baş katibi Elxan Məmmədov bu gün keçirdiyi brifinqdə deyib.

E. Məmmədov Bakının digər namizəd şəhərlərlə müqayisədə üstünlüklərinin olduğunu bildirib: “Böyük ehtimalla, sabah sentyabrın 19-da Cenevrəyə yollanacaq nümayəndə heyətimizin siyahısı açıqlanacaq. Biz lazım olan bütün sənədləri UEFA-ya vaxtında təqdim etmişik. İndi də UEFA-dan nəsə sual olanda, dərhal cavablandırırıq. Bakının digər şəhərlərdən üstünlüyü odur ki, birbaşa ölkə prezidentinin bu məsələdə dəstəyi var. Eləcə də Olimpiya stadionun inşasına daha əvvəl başlamışıq. Bu da üstünlükdür. Otellər baxımından heç bir problem yoxdur. Həmçinin ikinci beynəlxalq hava limanının tikintisi başlayıb. UEFA bütün bu məqamlara diqqət yetrir. Avro-2020-nin oyunlarına sahib çımxaq asan olmasa da, biz istəyimizə çatacağımız inanırıq”.   

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30