28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Berti Foqts: “Bunu siz jurnalistlər mənə demisiz”

“Rusiya ilə oyunda müdafiədə səhvlər buraxdıq. Xüsusən də standard vəziyyətlər zamanı. Cinahlarda istənilən kimi oynaya bilmədik. Bu oyun göstərdi ki, bəzi futbolçular formada deyil”. Futbolxeber.az-ın məlumatına görə, bu sözləri miklli komandamızın baş məşqçisi Berti Foqts deyib.

Bu gün AFFA-da brifinq keçirən milli komandamızın baş məşqçisi yığmanın Rusiya ilə matçda ikinci 45 dəqiqədə yaxşı təsir bağışladığıı qeyd edib: “Bolqarıstanla oyunda heyətdə bir neçə dəyişiklik olacaq. Rusiya ilə oyunun ikinci hisəsində yaxşı oynadıq. Bu, sadəcə yoxlama oyunu idi. Rasim Ramaldanov bəzi oyunlarda yaxşı təsir bağışlayıb. Amma görsənir ki, bu gün o, formada deyil. Çünki oyun praktikasının yoxluğundan əziyyət çəkir.  Rusiyadakı böyükhesablı yenilginin komandaya psixolji cəhətdən mənfi təsir edəcəyini düşünmürəm. Oyundan sonr bu barədə danışdıq. Həmin oyunu artıq unutmaq lazımdı”.

Foqts yoxlama oyunlarının azlığından gileylənib: “Klublarımız hazırlıq dönəmində 8-10 hazırlıq matçı keçirir. Biz isə seçmə mərhələyə kimi cəmi 2 yoxlama oyununda gücümüzü sınamışıq. Bizim “Neftçi” və “Qarabağ” kimi çox matç keçirmək imkanımız olmur. “Qarabağ”ın futbolçuları klubdan çox, millini düşünür. Belə də olmalıdı. İnanıram ki, Bolqarıstanla matçda İsrail, Şimali İrlandiyaya qarşı necə oynamışıqsa, elə də çıxış edəcəyik”.

Alman mütəxəssis, “Rusiya ilə oyundan  öncə belə fikir səsləndirdiniz ki, Azərbaycanda hamı son seçmə mərhələdəki çıxışımızdan razıdır. Amma mən yox. Bu fikir sizdə hardandır” sualını belə cavablandırıb: “Bunu siz jurnalistlər demisiniz. Sizin verdiyiniz suallara görə mən bu qənaətə gəlmişəm. Biz əvvəl Azərbaycan yığmasının nə yerdə, indi isə hansı vəziyyətdə olmasını nəzərə almalıyıq”.

 

 

 

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31