16 Aprel 2024, Çərşənbə axşamı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu
Qurbanov məğlubiyyəti şərh etdi
Sumqayıtda qalib aşkarlanmadı

Ölkə futbolu

“Neftçi” - “Xəzərə Lənkəran”: qonaq azarkeşlərin oyuna buraxılıb-buraxılmayacağı gələn həftə bilinəcək

Azərbaycan Premyer Liqasının beşinci turu çərçivəsində “Neftçi” öz meydanında “Xəzər Lənkəran”ı qəbul edəcək. Futbolxeber.az-ın məlumatına görə, sentyabrın 13-də keçiriləcək matçda qonaq azarkeşlərin iştirak edib-etməyəcəyi hələ ki bəlli deyil. Düzdür, 2013-cü ilin aprel ayının 26-da verilən qərarda qeyd olunub ki, bu qadağa həmin mövsümə aid olunur: “2013/2014 mövsümü Azərbaycan Premyer Liqası və kuboku matçlarında bu klubların öz aralarında keçirəcəyi oyunlarda qonaq komandanın azarkeşlərinin stadionlarda iştirakına qadağa qoyulur”.

Amma məsələ ondadır ki, qərar cari mövsümə də aid edilə bilər. Belə ki, bu məsələdə hər şey AFFA rəhbərliyinin qərarından asılıdır. Qarşıdakı günlərdə AFFA və PFL rəhbərlərinin görüşü baş tutacaq. Məhz həmin görüşdə qonaq azarkeşlərin “Böyük oyun”a buraxılıb-buraxılmaması barədə qərar veriləcək. Hələlik görüşdə hansı qərarın qəbul ediləcəyi bilinməsə də, böyük ehtimalla qərardan qüvvədən düşəcək.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30