25 Aprel 2024, Cümə axşamı
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi
Zubir Liqa 1 klubunun hədəfində

Ölkə futbolu

Toşak "Bakı"ya cavab verdi

"Mən “Bakı” tərəfinin bu açıqlamaları ilə tanış olub çox üzüldüm. Normal olaraq mən hakimlik haqqında heç zaman danışmıram. Amma əgər rəqibimiz hakimlərin bizə kömək etdiyini önə çəkirsə deyim ki, biz özümüz də hakimlikdən razı qalmadıq".

Futbolxeber.az-ın məlumatına görə, bu sözləri "Xəzər Lənkəran"ın baş məşqçisi Con Benjamin Toşak deyib. Uelsli mütəxəssis "Bakı" klubunun kubok çərçivəsində "Xəzər Lənkəran"a qarşı baş tutan görüşün baş hakimi Elçin Məmmədovun idarəçiliyindən narazı qalmasına münasibət bildirib.

Toşak finala alın təri və azarkeşlərin gücü ilə vəsiqə qazandıqlarını qeyd edib: "Bircə şeyi vurğulayım ki, “Bakı” klubunun 5 nömrəli futbolçusu (Aqil Nəbiyev nəzərdə tutulur-red) iki dəfə simulyasiyaya əl atıb əlverişli hücumumuzun qarşısını aldı. Yan hakim bir dəfə real qol şansımıza mane olub oyundan kənar vəziyyət qeydə aldı. Mən, cavab qarşılaşmasından sonra mətbuat konfransında dediyim fikirlərimə bir daha qayıtmaq məcburiyyətindəyəm – “Bakı” mərhələ adlamağı hələ ilk oyunda uduzmuşdu. Biz finala vəsiqəni futbolçularımızın alnının təri və azarkeşlərimizin gücü ilə qazandıq.”

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30