28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

“Azərbaycanda çoxları son tsikldəki çıxışımızdan razı qaldı, amma mən yox”

“Son seçmə mərhələdə bəzi oyunlarda bəxtimiz gətirmədi. Bundan başqa, bizim digər problemimiz də var. Belə ki, nisbətən zəif rəqiblərlə oyunlarda futbolçularım matça lazımı səviyyədə köklənə bilmirlər. Halbuki Rusiya kimi komandalarla oyunlarda vəziyyət tam fərqli olur. Elə Moskvadakı oyunda sona yaxın mübahisələri penalti sayəsində məğlub olduq”. Futbolxeber.az-ın “Sport-Ekspress”ə istinadən verdiyi məlumata görə, bu sözləri milli komandamızın baş məşqçisi Berti Foqts deyib.

Alman mütəxəssis növbəti dəfə AVRO-2016-nın final mərhələsində oynamaq istədiklərini bildirib: “Azərbaycanda çoxları bizim son seçmə mərhələdəki çıxışımızdan razı qaldı, amma mən yox. İndi bizim yeni mərhələ gözləyir. Bəxt bizim tərəfimizdə olsa, həmçinin futbolçularım hər oyuna ciddi yanaşsalar, biz AVRO-2016-nın final mərhələsində çıxış edə bilərik”.

  




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31