20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Bu təyinat indi yox, üç ay əvvəl olmalıydı, “Neftçi”!

“Neftçi” klubu bugünlərdə komandaya fiziki hazırlıq üzrə məşqçi təyin edib. Artıq məlum olduğu kimi, bu vəzifəyə rumıniyalı mütəxəssis George Karmel Barbulesku gətirilib.

Əslində ilk baxışda burda qeyri-adi nəsə yoxdur. Amma məsələnin dərininə gedəndə... Heyrət etməyə bilmirsən.

Şəkildən də göründüyü kimi, Karmel Barbuleskunu “Neftçi” üzvlərinə klubun prezidenti Sadıq Sadıqov təqdim edir. Və bu zaman ortaya sual çıxır: elə Sadıq Sadıqov, eləcə də transfer işlərinə baxan vitse-prezident Tahir Süleymanov və baş məşqçi Böyükağa Hacıyev az qala üç aya yaxındır, boş qalmış bu vəzifəyə təyinatı hansı məntiqlə gecikdirib?

Fakt budur ki, Avroliqa yarışında “Neftçi”nin fiziki hazırlığının qaydasında olmaması onu yarışın qrupuna düşməsinə ciddi əngəl olub. Ən maraqlısı isə odur ki, bütün bunlar klubun rəhbərliyinin və məşqçi heyətinin gözü görə-görə baş verib. Elə isə ortaya sual çıxır: “Neftçi” bu təyinatı niyə ləngidib?

Pulları olmayıb! Belə deyil... Məsələnin mahiyyətini klub rəhbərliyi özü daha yaxşı bilir. Amma qatar gedəndən - Avroliqanın qrupuna düşmək hüququ itiriləndən sonra komandaya fiziki hazırlıq üzrə məşqçi gətirilməsinin mənası nədir? Gözdən pərdən asmaq?

Axı, belə bir təyinat indi deyil, ispaniyalı Ruben Salesla yollar ayrıldıqdan sonra, Avroliqa matçlarının hazırlığı ərəfəsində gerçəkləşdirilməli idi. Amma “Neftçi” peşəkar çərçivəyə sığmayan addım ataraq düz üç ay komandanı fiziki hazırlıq üzrə məşqçisiz qoydu. Bu da işə məsuliyyətsiz yanaşmanın nəticəsi: “Neftçi”nin futbolçuları həm də fiziki baxımdan geri qaldığı üçün “Partizan” səddini keçə bilmədi. Axı, hamı görürdü ki, komanda fiziki baxımdan axsayır. Belə olan halda, elə həmin rumıniyalı George Karmel Barbuleskunu komandaya Avroliqanın ikinci təsnifat mərhələsinin “Koper”lə oyunundan əvvəl gətirilməsi bu qədərmi çətin idi?

Hara baxırdı Tahir Süleymanov? Sadıq Sadıqov niyə zamanında göstəriş vermirdi? Və ya əgər göstəriş vermişdisə, o zaman fiziki hazırlıq üzrə məşqçi niyə vaxtında gətirilmədi?

Bəlkə də daxildə nəsə olub, bilinmir, amma təyinatın Avropa Liqası kimi mötəbər yarışdakı çıxışın əvvəli deyil, sonunda (“Neftçi” üçün) gerçəkləşdirilməsi klubda işlərin bəzən qeyri-peşəkar səviyyədə aparılması haqda deyilənlərin doğru olduğunu göstərir. 

Elgün, Qol.Az




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30