20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

“Xəzər Lənkəran” milyonu keçdi

Azərbaycan Premyer Liqasının IV turunun “İnter”lə oyunu “Xəzər Lənkəran” üçün maraqlı faktla əlamətdar olub. Futbolxeber.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, stadionun tribunalarına toplaşan tamaşaçılar ölkə çempionatlarında “ağ-yaşıllar”ın oyunlarını izləyən ümumi tamaşaçı sayında 1 milyonu keçməsi üçün kifayət edib.

Yarışda debüt etdiyi 2004-cü ildən indiyədək 152 ev matçına çıxan komandanın bu matçlarını oyun protokollarına əsasən 1 milyon 4 min 677 tərəfdardar izləyib. Baş tutan 152 qarşılaşmadan ikisi boş tribunalar önündə keçirilib. Bu göstəricidə bütün rəqiblərini üstələyən “Xəzər Lənkəran” orta hesabla hər çempionat matçında 6610 azarkeş toplaya bilib.

Qeyd edək ki, 2010/11 mövsümü “Xəzər Lənkəran”ın tarixinə tamaşaçı sayında rekordla düşüb. 2005/06 mövsümündə ən aşağı göstəricinin qeydə alınması isə matçların daha az tamaşaçı tutumuna malik Olimpiya kompleksinin stadionunda baş tutması ilə bağlıdır.

Mövsüm

Turnir

Oyun

Tamaşaçılar

Orta tamaşaçı sayı

2004/05

Çempionat

17

91600

5388

2005/06

Çempionat

13

31717

2440

2006/07

Çempionat

12

87720

7310

2007/08

Çempionat

13

76500

5885

2008/09

Çempionat

13

104800

8062

2009/10

Çempionat

16

138440

8653

2010/11

Çempionat

16

158500

9906

2011/12

Çempionat**

16

123000

7688

2012/13

Çempionat

16

86400

5400

2013/14

Çempionat

18

89500

4972

2014/15

Çempionat

2

16500

8250

Turnirlər

Çempionat**

152

1004677

6610

“*” işarəsi tamaşaçısız keçirilən oyunların sayını göstərir.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30