28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Xaqani Məmmədov: “Araz Naxçıvan”ın hakimdən narazılığı əsassızdı”

“Orxan Məmmədov “Neftçi” - “Simurq” oyununu çox yaxşı idarə etdi. Oyundan sonra da hər iki komanda hakimlikdən razılığını ifadə etdi”. Futbolxeber.az saytına verdiyi açıqlamada bu sözləri AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov deyib.

X.Məmmədov dünən baş tutan “Sumqayıt” - “Araz Naxçıvan” oyununun baş hakimi Ömər Paşayevin idarəçiliyinə də qiymət verib: “Araz Naxçıvan” çempionatdan çıxmaq istəyirsə, bu, onların öz problemidi. Onların narazılığı əsassızdı. Çünki hakimin qəbul etdiyi qərarlar düzgün idi. Ömər Paşayev haqlı olaraq qolu qeydə almadı. Çünki həmin epizodda açıq-aşkar qapıçıya hücum var idi. “Sumqayıt”ın qapısına penalti təyin etməməklə də hakim doğru qərar verdi. Çünki FİFA-nın kriteriyaları var. Qaydalara əsasən, futbolçu bilərəkdən topun qarşısını əllə kəsirsə, bu, penaltidir. Amma dünənki oyunda futbolçu topun qarşısını kəsərkən top onun əlinə dəydi. Orada penaltidən söhbət gedə bilməz”.   




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31