19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

"Araz-Naxçıvan"dan şok bəyanat

AFFA, PFL VƏ HAKİMLƏR KOMİTƏSİ HARA BAXIR?!

“Araz Naxçıvan” klubu Premyer Liqada oynamaqdan imtina edir. Futbolxeber.az-ın məlumatına görə, bu haqda klubun rəsmi feysbuk səhifəsində məlumat yerləşdirilib:

- Cari mövsümdən etibarən Azərbaycan Premyer Liqasında çıxış edən "Araz-Naxçıvan" PFK çempionatdan çəkilmək qərarına gəlib. Buna səbəb komandanın son iki turda üzləşdiyi hakim səhvləridir. İlk olaraq, Qəbələdə keçirilən (2-ci tur) matçda hakim Rəhim Həsənovun 19-cu dəqiqədə qayda pozuntusu olmadan "Araz-Naxçıvan"ın qapısına təyin etdiyi penalti komandanın məğlub olmasına səbəb olmuşdur. Buna etiraz etməyən klub növbəti turda da eyni aqibətlə üzləşdi. Bu dəfə "Sumqayıt"la 4-cü turda keçirilən matçda referi Ömər Paşayevin qərəzli qərarları "qırmızı-ağlar"ı çempionatdan çəkilməyə vadar edib. Oyun ilk hissəsinin son dəqiqlərində rəqib qapısına gedən topu müdafiəçilər əli ilə qapı xəttindən çıxarsalar da, hakimin qərarı ağ nöqtə yox, künc zərbəsi olub. Görüşün son dəqiqəsində isə qapı xəttini keçmiş topu referi Paşayev qeydə almayıb. Səbəb kimi isə rəqib qapıçıya müdaxiləni göstərib.

Qeyd edə ki, oyunun hakim-inspektoru Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov olub.

İşi iş bilənə ver! Nə vaxta qədər oyun idarə edə bilməyən hakimlər stadionlarımızda fit çalacaq? AFFA, PFL və HK hara baxır?! Premyer Liqanın hər turundan sonra 2-3 hakim 3-4 oyunluq çempionatdan uzaqlaşdırılır. Demək ki, qərəzli qərarlar verən referilərə 3-4 oyunluq cəza onları qane etmir. Bu hara kimi davam edəcək? Ölkə prezidenti Cənab İlham Əliyevin "2005-2015-ci illərdə Azərbaycanda futbolun inkişafına dair imzaladığı" sərəcama AFFA, PFL və HK-nin münasibəti göz qabağındadır.

Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts hər zaman açıqlamalarında 11 futbolçu tapıb oynada bilmədiyindən şikayətlənir. Nə qədər ki bu qərarlar var, federasiya bu qərəzli qərarlara göz yumarsa, Azərbaycan futbolunun inkişafı barədə düşünməsin və millidə yalnız legionerlərin oynamasını qəbul etsin!




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30