20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

“Xəzər Lənkəran” 600-a çatdı

"Xəzər Lənkəran” tarixində 600-cü qolu vurub. Futbolxeber.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, bu top Azərbaycan Premyer Liqasının IV turunun “İnter”lə qarşılaşmasına təsadüf edib. Oyunda komandasının yeganə qoluna imza atan Elnur Abdullayev klub tarixində 600-cü topun müəllifi kimi fərqlənib.

2004-cü ildə yaranan komanda 600-cü qolunu 393-cü matçında vurub. Bu qollardan 444-ü Premyer Liqada, 127-si Azərbaycan kuboku, 14-ü avrokuboklar, 13-ü Birlik kubokunda, 2-si də superkubokda qeydə alınıb.

2004/05 mövsümündə çempionata təsadüf edən “Şəfa” üzərində texniki qələbə (3:0), həmçinin 2005/06 mövsümünün kubokunda “MKT-Araz”la nəticəsi ləğv olunan oyunlar və penaltilər seriyaları nəzər alınmamaqla artıq 600 dəfə fərqlənən “Xəzər Lənkəran”ın son matçı 1:0 hesabı başa çatıb.

Qeyd edək ki, bundan əvvəlki yubiley qolu 341 gün əvvəl vurulmuşdu. 2013-cü il sentyabrın 22-də AZAL-ın qapısına yol tapan Junior Nildo 550-ci topun müəllifi kimi tarixə düşmüşdü.

u top Elnurun “ağ-yaşıllar”ın heyətində 11-ci qolu olub. Bununla da yarımmüdafiəçi Emeka Opara, Adrian Skarlatake və Junior Osvaldoya çatıb. Bu 4 oyunçu klubun ən yaxşı bombardirləri siyahısında 17-20-ci yerləri bölürlər. Bu siyahıya isə 44 dəfə fərqlənən Zaur Ramazanov başçılıq edir.

1

2

3

4

5

6

7

8

1

Çöri İlir (Albaniya)

çempionat

Turan

s

1:1

07.08.2004

26

50

Oqtay Dərəlioğlu(Türkiyə)

çempionat

MOİK

s

1:0

12.04.2005

40-p

100

Xaqani Məmmədov

çempionat

Olimpik

e

1:0

12.02.2006

78

150

Vüqar Nadirov

Kubok,1/8

Bakılı

e

4:0

20.11.2006

90+1

200

Zaur Ramazanov

Çempionat

Masallı

s

3:0

18.08.2007

88

250

Zaur Ramazanov

Birlik kuboku,final

Paxtakor (Özbəkistan)

n

4:3

27.01.2008

43

300

Klaudiu Radukanu (Rumıniya)

Kubok,1/8

NBC (indiki Muğan)

e

3:0

30.10.2008

23

350

Mario Souza (Braziliya)

Kubok, 1/8

Muğan

e

3:0

04.11.2009

53

400

Uinston Parks (Kosta-Rika)

Çempionat

Turan

e

2:0

23.10.2010

7

450

Adrian Pit (Rumıniya)

Çempionat

Qarabağ

s

1:0

17.09.2011

42

500

Saduo Tounkara (Mali)

Çempionat

Neftçi

s

1:2

15.09.2012

8

550

Junior Nildo (Braziliya)

Çempionat

AZAL

s

3:1

22.09.2013

68

600

Elnur Abdullayev

Çempionat

İnter

e

1:0

29.08.2014

5

1 - yubiley qolu, 2 –müəllifi (legionerlər üçün vətəndaşlığı), 3- turnir, 4 – rəqib, 5- meydan, 6 – hesab, 7 – tarix, 8- yubiley qolun dəqiqəsi.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30