23 Aprel 2024, Çərşənbə axşamı
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

Rauf Əliyev: “Bizə bir qələbə lazım idi ki...” (Müsahibə)

“Xəzər Lənkəran”ın hücumçusu Rauf Əliyev “İnter”lə oyundan sonra Futbolxeber.az saytına müsahibə verib.

- Əvvəlcə “İnter”lə oyun haqqında fikirlərini bilmək istərdik.

- Çətin oyun alındı. Biz qələbə qazanmaq üçün əlimizdən gələni etdik. Bütün bacarığımızı meydanda qoyduq ki, istəyimizə çataq. Çox şükür ki, hər şey də istədiyimiz kimi alındı.

- Bu qələbənin ardını növbəti oyunlarda da gətirə biləcəksinizmi?

- Əvvəlki oyunlarda pis oynamasaq da, istədiyimiz nəticəni qazana bilmirdik. Bizə bir qələbə lazım idi ki, psixoloji gərginlikdən qurtulaq. İnanıram ki, növbəti oyunlarda azarkeşlərimizi sevindirə biləcəyik.

- Azarkeşlərdən söz düşmüşkən, onların komandaya verdiyi dəstək barədə nə deyə bilərsən?

- Onlara minnətdaram. Çətin anda komandaya dəstək oldular. Bu gün (söhbət dünən olub-red.) sübut etdilər ki, əsl “Xəzər Lənkəran” azarkeşi necə olur. Biz də onların dəstəyini qarşılıqsız qoymadıq. İnanıram ki, növbəti oyunlarda da qələbə qazanmaqla bizə verikən dəstəyinin qarşılığını verəcəyik.

- Sonuncu yenilgidən sonra klub rəhbərliyi siz futbolçularla görüş keçirdi. “İnter”lə oyundakı çıxışı həmin görüşün nəticəsi hesab etmək olar?

- “İnter”lə oyun bizim üçün çox vacib idi. İlk 3 turdakı uğursuzluqla komandanı birləşdirdi. Bu gün biz bir komandaydıq. Çətin anda rəhbərlik bizə dəstəyini nümayiş etdirdi. Onlar hər zaman bizim yanımızdadırlar. Dəstəklərini də heç vaxt əsirgəmirlər.

- Sona yaxın kənardan belə görünürdü ki, yorulmusan. Bunun səbəbi nə idi?

- Həm hava isti idi, həm də meydançanın durumu bir qədər ideal deyildi. Bütün bunlar oyunda öz təsirini göstərir, əlavə çətinliklər yaradır. Digər tərəfdən də özünüz də gördünüz ki, oyuna çox sürətli başladıq. İlk 15-20 dəqiqə ərzində çox hərəkət etdik. Daha çox hücum edirdik. Buna görə də sona yaxın bir qədər yorulmuşduq. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30