29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

AZAL-da klubdaxili iclas keçirildi

Bu gün “Qəbələ” ilə qarşılaşacaq AZAL-da klubdaxili iclas keçirilib. Futbolxeber.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, klub rəhbərliyi komandanın məşqçi, futbolçu və texniki heyəti ilə görüşüb.

Klubun vitse-prezidenti Fikrət Hüseynov matç ərəfəsində futbolçuların hazırlığı ilə maraqlanıb. Hüseynov ilk 2 turda qeydə alınan uğursuz nəticələrə baxmayaraq futbolçulara inandığını bildirib: “Futbolçuların potensialının olduğunu bilirik. Onu da anlayırıq ki, komandanın heyəti yenidən qurulub. Ancaq artıq toparlanmaq vaxtıdır. İlk 2 oyundakı nəticələri unudub bu matçdan qələbənin təməlini qoymaq vacibdir. Rəhbərlik olaraq bütün futbolçulara güvənir və sizin komandanı layiq olduğu yerlərə çıxaracağınıza inanırıq”.

Ardınca baş məşqçi Tərlan Əhmədov söz alıb. Gənc mütəxəssis rəhbərliyin göstərdiyi etimadı doğrultmağa borclu olduqlarını bildiriərək ən yaxın zamanda vəziyyətin düzələcəyini qeyd edib. Baş məşqçi futbolçulardan Qəbələ səfərində qələbənin təməlinin qoyulmasını istəyib.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31