25 Aprel 2024, Cümə axşamı
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi
Zubir Liqa 1 klubunun hədəfində

Ölkə futbolu

Ramin Musayev: “Vaxt var idi ki, komandalarımız 1 mərhələ keçəndə bayram edirdik”

Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev “Qarabağ” klubunu Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanması münasibəti ilə təbrik edib. Futbolxeber.az-ın məlumatına görə, Peşəkar Futbol Liqasının rəsmi saytına danışan R.Musayev “Qarabağ”ın uğur qazanmasını ölkədə idmana göstərilən dövlət qayğısı ilə əlaqələndirib.

PFL prezidenti eyni zamanda, Avropa Liqasının pley-off mərhələsinə qədər irəliləyən “Neftçi”nin çıxışını da təqdirəlayiq hesab edib: “Qarabağ”ın qrup mərhələsinə vəsiqə qazanması, “Neftçi”nin isə pley-off mərhələsinə qədər irəliləməsi ilk növbədə ölkədə idmana göstərilən dövlət qayğısının nəticəsidir. Cənab Prezident İlham Əliyev idmanın inkişafını daim diqqət mərkəzində saxlayır. Məhz bunun nəticəsidir ki, 2 il öncə “Neftçi”, dünən isə “Qarabağ” Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazandı. Bütün bunlar sevindirici məqamdır. Sözsüz, biz istərdik ki, hər iki komandamız Avropa Liqasının qrup mərhələsində eyni zamanda çıxış etsin. Amma futbolda məğlubiyyəti də qəbul edib, ondan nəticə çıxarmaq lazımdır. “Qarabağ”ın Avropa Liqasında oynaması ölkədə futbolun inkişaf etməsinin göstəricisidir. Düzdür, AFFA və PFL-i işləməməkdə günahlandıranlar var. Lakin faktdır ki, AFFA rəhbərliyi dəyişdikdən sonra bu tip uğurlara imza ata bilmişik. Rövnəq Abdullayev AFFA prezidenti təyin olunduqdan sonra futbolun keçdiyi inkişaf yoluna nəzər salaq. Vaxt var idi ki, komandalarımız 1 mərhələ keçəndə bayram edirdik. Amma bu gün biz qrup mərhələsini uğur sayır və irəli baxırıq. İki il öncə isə “Neftçi” bizi bu nəticə ilə sevindirmişdi. Dünən “Neftçi” pley-offda dayansa da, onları da təbrik edirəm. Biz işimizi tam görməmişik. Bundan daha yaxşı nəticələrə imza atmağa çalışacağıq. Ümidvaram ki, gələcəkdə qrup mərhələsində oynayacaq komandalarımızın sayı daha da artacaq. Azarkeşlərimiz bu sevinc anlarını yaşamağa layiqdirlər. Mən “Qarabağ”la yanaşı, “Neftçi”ni də təbrik edirəm. Bəlkə də məni bu təbrikə görə günahlandıra bilərlər. Amma unutmayaq ki, “Neftçi” qrupun bir addımlığında dayanıb”.

Ramin Musayev son uğurların memarlarının yerli məşqçilər olduğunu da əlavə edib: “Mənim sözlərimi bəzən başqa cür başa düşürlər. Amma bu bir həqiqətdir ki, çempion komandaya da, kubokun sahibi olan komandaya da yerli məşqçi rəhbərlik edir. Bu gün pley-off mərhələsində dayanan və qrup mərhələsinə adlayan da yerli məşqçidir. Bəzən futbol ictimaiyyəti haqsızlığa yol verir. Amma bir qədər sakit şəkildə analiz etsələr, görərlər ki, bu ölkədə futbol həqiqətən də inkişaf edir”.




Ad: resad;   E-mail: ---

29.08.2014 20:52

Ramin mellim men neftcinin azerkesiyem men uxur saymiram merhele kecmek qabax uxur saylirdi indi yox,qurupa duse bilmirsense en asaxisi istiyirsen on merhele kec xeyri yoxdu
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30