19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

Avroliqada qrup mərhələsinin bütün iştirakçılar bəllidi: “Qarabağ” + 47 komanda

Avroliqanın qrup mərhələsində mübarizə aparacaq bütün klubların adları bəlli olub. Futbolxeber.az-ın məlumatına görə, Azərbaycan çempionu “Qarabağ”an başqa, daha 47 kollektiv də həlledici mərhələyə vəsiqə əldə edib. Bu klublardan 7-si - “Dinamo” (Kiyev, Ukrayna), “Eştoril” (Portuqaliya), “Everton” (İngiltərə), “Fiorentina” (İtaliya), “Genqam” (Fransa), “Sevilya” (İspaniya), “Volfsburq” (Almaniya) turnirə vəsiqəni birbaşa əldə ediblər.

Digər 10 iştirakçı Çempionlar Liqasının play-off mərhələsində mübarizəni dayandıranlardı - “Napoli” (İtaliya), “Beşiktaş” (Türkiyə), “Kopenhagen” (Danimarka), “Lill” (Fransa), “Styaua” (Rumıniya), “Zalsburq” (Avstriya), “Seltik” (Şotlandiya), “Slovan” (Slovakiya), “Olborq” (Danimarka), “Standard” (Belçika).

“Qarabağ” kimi daha 30 kollektiv də bu gün play-off mərhələsinin cavab oyununda uğur qazanmaqla adını qrup mərhələsinə yazdırıb: “Apollon” (Kipr), “Krasnodar” (Rusiya), “Metallist” (Ukrayna), “Partizan” (Serbiya), “Dinamo” (Moskva, Rusiya), PAOK (Yunanıstan), “Astra” (Rumıniya), “Trabzonspor” (Türkiyə), “Dnerp” (Ukrayna), PSV (Hollandiya), “Riyeka” (Xorvatiya), “Asteras” (Yunanıstan), “Feyenord” (Hollandiya), “Panatinaikos” (Yunanıstan), “Yanq Boyz” (İsveçrə), HİK (Finlandiya), “Sparta” (Çexiya), “Torino” (İtaliya), “Sürix” (İsveçrə), “Borussiya” (Münhenqladbax, Almaniya), “İnter” (İtaliya), “Lokeren” (Belçika), “Dinamo” (Minsk, Belarus), “Tottenhem” (İngiltərə), “Vilyareal” (İspaniya), “Brügge” (Belçika), “Dinamo” (Zaqreb, Xorvatiya), “Legiya” (Polşa), “Sent Etyen” (Fransa), “Riu Ave” (Portuqaliya)




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30