29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

"Partizan"ın futbolçusu: "Bu dəfə ilk 20 dəqiqədə "yatmayacağıq"

"Mövsümün əvvəlində əsas hədəfimiz Avropa Liqasının qrup mərhələsində oynamaq idi. Lakin biz mübarizəyə Çempionlar Liqasında başladıq. Düşünürəm ki, hər şey özümüzdən asılıdır. Meydançada necə oynasaq, hesab da ona uyğun olacaq". Futbolxeber.az-ın Qol.az-a istinadən verdiyi məlumata görə, bu sözləri "Partizan" klubunun yarımmüdafiəçisi Petar Qrbiç Serbiya mətbuatına açıqlamasında deyib.

Avropa Liqasının pley-off mərhələsinin "Neftçi" ilə cavab qarşılaşması haqda fikirlərini bölüşən təcrübəli futbolçu "Neftçi"nin təhlükəli rəqib olduğunu bildirib: "Bizi çətin oyun gözləyir. "Neftçi" ilk oyunda nə qədər təhlükəli rəqib olduğunu göstərdi. Oyuna hazırıq və matç saatını gözləyirik. Belqraddakı oyundan sonra bizim öz səhvlərimizi analiz etmək üçün 7 gün vaxtımız olub. "Partizan" təcrübəli komandadır. Bakıda daha yaxşı oynamağa çalışacağıq. Bizi heç-heçə də qane edəcək. Ancaq qələbə qazanmağa çalışacağıq. Öz oyunumuzu oynamalıyıq. "Neftçi"nin hücum xətti təhlükəlidir. Baş məşqçimiz bu barədə bizə xüsusi tapşırıqlar verib. Ona görə problem olacağını düşünmürəm. Ümid edirəm ki, komanda daha öncəki oyunlarda olduğu kimi ilk 20 dəqiqədə "yatmayacaq". Yalnız öz oyunumuz haqda düşünməliyik".

Qeyd edək ki, "Neftçi" - "Partizan" oyunu bu gün, saat 21:00-da başlayacaq. Bu komandalar arasında Belqradda keçirilən ilk oyunda Serbiya təmsilçisi 3:2 hesabı ilə qələbə qazanıb




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31