18 Aprel 2024, Cümə axşamı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu
Qurbanov məğlubiyyəti şərh etdi
Sumqayıtda qalib aşkarlanmadı

Ölkə futbolu

"Xəzər Lənkəran"da üç itki var

Sabah Topaz Premyer Liqasının 28-ci turu çərçivəsində səfərdə AZAL-ın qonağı olacaq "Xəzər Lənkəran" qarşıdakı matça 3 itki ilə çıxacaq. Bu haqda Futbolxeber.az saytına Lənkəran klubunun mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu məlumat verib. Onun sözlərinə görə, komandanın heyətində 1 cəzalı, 1 də zədəli futbolçu var. "Sumqayıt"la matçda qırmızı vərəqə alaraq, 1 oyunluq cəzalanan Dmitrios Sialmas, eləcə də "Bakı" ilə oyunda Vanderson Skuardelli AZAL-a qarşı oynaya bilməyəcək. "Xəzər Lənkəran"ın növbəti itkisi daha ciddidir. Belə ki, "Bakı" ilə oyunda əla çıxış edən Ağabala Ramazanov sabah AZAL-a qarşı forma geyə bilməyəcək. Ramazanov nə cəzalıdır, nə də zədəli. Sadəcə olaraq, o hazırda Lənkəranda hərbi xidmətdə olduğu üçün Bakıya gələ bilməyib. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30