24 Aprel 2024, Çərşənbə
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”

Ölkə futbolu

Mbilla Etame və Mario Souza da “Xəzər Lənkəran”dan qovuldu

Azərbaycan Premyer Liqasının 2014/15 mövsümünə uğursuz start verən “Xəzər Lənkəran”da islahatlar davam edir. Bir müddət əvvəl komandadan xaric olunan Junior Nildonun taleyini daha iki legioner yaşayıb.

Belə ki, klub rəhbərliyi kamerunlu futbolçu Mbilla Etame və braziliyalı meneceri Mario Souzanı qovmağa qərar verib. 2013-cü ilin avqustunda “Xəzər Lənkəran”a yeni “ampluada” qayıdan sonuncunun fəaliyyəti cəmi 1 il davam edib. 2008-10-cu illərdə futbolçu kimi “ağ-yaşıllar”ın formasını geyən braziliyalı bu klubda 77 oyunda 26 qol vurub.

“Xəzər Lənkəran” karyerası daha qısa olan Etame isə elə ötən ilin avqustunda transfer olunmuşdu. Afrikalı bu müddətdə keçirdiyi 41 matçda 15 qol vurmağı bacarmışdı.

Qeyd edək ki, komandanın rəisi Səməd Mustafayev də bu gün postundan istefa verib.


apasport.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30