25 Aprel 2024, Cümə axşamı
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Ölkə futbolu

Böyükağa Hacıyev: “Kim təminat verə bilər ki...”

“Sabah “Neftçi” tarixindəki ən vacib oyunlardan birinə çıxacaq. Heç vaxt yadımdan çıxmaz. 2 il vvəl belə bir oyunu APOEL-ə qarşı keçirmişdik”. Futbolxeber.az-ın məlumatına görə, bu sözləri “Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev deyib. “Partizan”la oyundan öncə mətbuat konfransı keçirən təcrübəli mütəxəssis azarkeşlərdən də dəstək gözlədiyini bildirib: “Partizan” olduqca yaxşı komandadır. Biz özümüz də Belqraddakı oyundan əvvəl mətbuat vasitəsi ilə oxuyurduq ki, “Partizan”da maliyyə problemi var. Amma bu, həqiqəti əks etdimir. Onların çarter reysi ilə Bakıya gəlməsi buna bariz nümunədir. Rəqib bizi qorxutmur. “Partizan”a ilk oyunda qələbəni özümüz hədiyyə etdik. 4 qol vursaq da, uduzduq. Çalışacağıq ki, sabah həmin səhvləri təkrarlamayaq. Sabah Kordosa ilk oyundan fərqli olaraq, meydanda olacaq. Bu da oyunumuza təsir göstərəcək. Sabah minimal hesabla qalib gəlsək, qrup mərhələsində çıxış edəcəyik. Oyuna çox ciddi hazırlaşırıq. Həmçinin azarkeşlərdən dəstək gözləyirik. Azarkeşlər böyük qüvvədir”.

B.Hacıyev meydana 2 hücumçuyla çıxa biləcəklərini istisna etməyib: “Azərbaycan çempionatı bir başqadı, Avroliqa oyunları tam başqa. Avrokuboklarda az da olsa, təcrübəmiz var. Bizim hər birimizin gələcək reytinqi bu oyundan aslıdır. Adımızı daha da yüksəldə bilərik, reytinqimizi aşağı da vura bilərik. İndi taktika açıqlamayacağam. Kim təminat verə bilər ki, sabah meydana 2 hücumçuyla çıxmayacağıq? Nfor da, Kanales də meydan çıxmağa hazırdı. Amma indidən heç nə deyə bilmərəm. 1 hücumçuyla da oynamağımız mümkündür. Gəlin, sabaha kimi səbr edək”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30