25 Aprel 2024, Cümə axşamı
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Ölkə futbolu

“Biz birinci qoldan sonra çaşdıq”

“İndiki “Partizan” daha yaxşıdır. Rəqibin oyun ritminin daha da artdığını söyləməliyəm. Rəqibin fiziki gücü yüksəkdir. Fiziki gücü yüksək olan komandaya qarşı oynamaq isə çətindir. Biz 2:3 hesabı ilə uduzsaq da, şanslarımız olur”. Futbolxeber.az-ın PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, bu sözləri “Neftçi”nin kapitanı Flavinyo deyib.

Braziliyalı futbolçu Belqraddakı oyunda arxayınlaşmadıqlarını bildirib: “Hər kəs deyir ki, 2 qol vurduqdan sonra arxayınlaşdıq. Amma, məncə, biz birinci qoldan sonra çaşdıq. Bizim komandamız iki avtoqolla sarsıldı. Lakin unutmayaq ki, bizim erkən vurduğumuz iki qol “Partizan” üçün də biabırçılıqdır. Mən etiraf edirəm ki, səfər oyunun fərdi planda yaxşı oyun sərgiləmədim. Cavab oyununda daha yaxşı oyun nümayiş etdirmək istəyirəm və bunu bacaracağımı düşünürəm. Bizim komandamız cavab oyununa daha yaxşı motivasiya ilə çıxmalıdır. Çünki bizi vacib qarşılaşma gözləyir”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30