24 Aprel 2024, Çərşənbə
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Ölkə futbolu

"Xəzər Lənkəran" AZAL-la oyuna hazırdı

Sabah Topaz Premyer Liqasının 28-ci turu çərçivəsində səfərdə AZAL-ın qonağı olacaq "Xəzər Lənkəran" qarşıdakı görüşün hazırlığını başa vurub. Futbolxeber.az saytının əməkdaşının da izlədiyi hazırlıq prosesi "Neftçi"nin köhnə bazasında baş tutub. Məşq meydanı olaraq adıçəkilən arenanın seçilməsi təsadüfi deyildi. Çünki Lənkəran təmsilçisi məşqin baş tutduğu arenanın yaxınlığına yerləşən "Modern Hotel"də məskunlaşıb. Komanda üzvləri məşqə piyada gəldilər.

Əvvəlcə futbolçularnı başına yığan Con Toşak onlarla ayaqüstü söhbət etdi. Məşq isinmə hərəkətləri ilə başladı. Daha sonra futbolçular "kvadrat" oynadılar. Ardınca sıra ikitərəfli oyuna çatdı. Meydançanın yarısında ikiyə bölünən komanda üzvləri ikitərəfli oyun zamanı Toşakın müxtəlif tapşırıqlarını yerinə yetirdilər. Məşqin sonunda isə qapıçılar Orxan Sadıqlı və Toni Doblas qapıçılarla işləyən məşqçi Hafiz Əliyevin nəzarəti altında məşq etdilər. Hazırlıq prosesini izləyərkən futbolçuların əhval-ruhiyyəsinin yüksək olduğu diqqətimizindən qaçmadı. Komandanın ölkə kubokunda finala yüksəlməsi Lənkəran təmsilçisinin futbolçularının əhvalını xeyli yaxşılaşdırıb. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30