19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

Azarkeşlər və sarı vərəqələr “Simurq”u xərcə saldı

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib. Futbolxeber.az-ın məlumatına görə, Azərbaycan Premyer Liqasının III turunun “Simurq” - “Xəzər Lənkəran” matçının 90+3-cü dəqiqəsində “Simurq” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün klub 2000 manat cərimə olunub.

Əvəzedici heyətlərin III turunun “Bakı” - “Qəbələ”  matçının 33-cü dəqiqəsində “Qəbələ” klubunun 3 №-li futbolçusu Şirməhəmməd Məmmədov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 2 oyunluq cəzalanıb, klub 1000 manat cərimə olunub.

Əvəzedici heyətlərin III turunun “Simurq” - “Xəzər Lənkəran” matçında “Simurq” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunub. Oyunun 52-ci dəqiqəsində “Simurq” klubunun 80 №-li futbolçusu Roini İsmayılov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb, klub 100 manat cərimə olunub (maddə 48).

 


pfl.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30