25 Aprel 2024, Cümə axşamı
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

Mirhüseyn Seyidov: “Partizan” keçiləsi rəqibdi”

“Səfərdə güclü komandaya qarşı oynayırdıq. Buna görə də çətin oyun alındı. Görüşün əvvəlində böyük üstünlük qazansaq da, sonda məğlub olduq”. Futbolxeber.az saytına verdiyi açıqlamada bu sözləri “Neftçi”nin yarımmüdafiəçisi Mirhüseyn Seyidov deyib.

Seyidov “Partizan”ın keçiləsi rəqib olduğunu bildirib: “Uduzmağımıza baxmayaraq, yaxşı oynadıq. Hər halda, oyuna baxanlar necə bəxtsizliklə qarşılaşdığımızı gördülər. Amma “Partizan” keçiləsi rəqibdi. İnanıram ki, evdə onları məğlub etməklə qrup mərhələsinə vəsiqə əldə edəcəyik”.

22 yaşlı futbolçu cavab oyunu üçün şansları belə dəyərləndirib: “Cavab oyununda bizə bir cavabsız qol lazımdı. Səfərdə 2 qol vurmaqla bunun elə də çətin iş olmadığını göstərdik. Öz meydanımızda fərqli vəziyyət olacaq. Bu dəfə öz azarkeşlərimiz önündə oynayacağıq. Onların da dəstəyi ilə mərhələni keçəcəyik”.    

Seyidov “2:0-dan sonra komanda niyə arxayınlaşdı” sualını belə cavablandırıb: “Yenə deyirəm, “Partizan” zəif rəqib deyil. Onlar da qələbə qazanmaq üçün əllərindən gələni etdilər. Komanda ola bilər bir qədər arxayınlaşıb. Amma 2:0-dan sonra da qol vurmaq üçün imkanlarımız oldu. Sadəcə, dəyərləndirə bilmədik”.

 

 

  




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30