18 Aprel 2024, Cümə axşamı
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

Tahir Süleymanov: “Neftçi” birmənalı şəkildə qrup mərhələsinə düşməlidi”

“TƏƏSSÜF Kİ, “LUDOQORETS”İN AQİBƏTİNİ YAŞADIQ”

“Oyunla bağlı nə deyim? Elə mətbuatın da yazdığı kimi, “Neftçi” 4 qol vurub. 2:3 uduzdu. Mən hesab etmirəm ki, “Partizan” bizə qalib gəldi. “Neftçi” özü-özünə məğlub oldu. Eyni hal Bakıda “Koper”lə oyunda da yaşanmışdı”. Futbolxeber.az saytına verdiyi açıqlamada bu sözləri “Neftçi”nin vitse-prezidenti Tahir Süleymanov deyib.

Klub rəsmisi Bolqarıstan çempionu “Ludoqorets”in taleyini yaşadıqlarını bildirib: “Partizan çox güclü komandadı. Amma “Neftçi”nin də gücü hər kəsə bəllidi. Elə oyunsonrası mətbuat konfransında da rəqib baş məşqçi “Neftçi”nin gücünü qabartdı. Oyunun ilk 15-20 dəqiqəsində vurulan 2 qol sanki komandanı arxayınlaşdırdı. Bundan öncə futbolçulara dəfələrlə bildirmişdik ki, Bolqarıstan çempionu “Ludoqorets” Belqradda oyunun əvvəlində 2 qol vursa da, elə ilk yarıda qapısında 2 qol görüb. “Partizan”a göz açmağa imkan vermək olmaz. Amma təəssüflər olsun ki, eyni səhvi biz də təkrarladıq. Ardıcıl iki qolan sonra komanda arxayınlaşmamalı, əksinə “Partizan” ayılmamış üçüncü, dördüncü qolu vurmaqlı idi”.

“Cavab oyunu üçün şansları necə dəyərləndirirsiz” sualını Süleymanov belə cavablandırıb: “Birmənalı şəkildə “Neftçi” qrup mərhələsinə düşməlidi, birmənalı şəkildə. Fürsətdən istifadə edib, sizin vasitənizlə bütün “Neftçi”, Azərbaycan futbolunun azarkeşlərinə səslənirəm. Hər kəsi stadiona dəvət edirəm. Azərbaycan futbolunda ilk olaraq Kiprdə tarix yazan “Neftçi” bu dəfə eyni uğuru doğma meydanında təkrarlamalıdır. Bunun üçün çox gözəl fürsət var. Rəqib güclü olsa da, “Neftçi” bu dəfə öz meydanında oynayır. Komanda cavab görüşündə daha aqressiv, bir qədər ehtiyatlı oynamalı, top buraxmadan qələbə qazanmaqla ikinci tarixi yazmalıdır. “Partizan”ın bizi məğlub etməsində azarkeşlərin böyük rolu oldu. Komanda qapısında ardıcıl 2 qol görsə də, onlar bir dəqiqə susmur, “Partizan”ı irəli səsləyirdilər. İnanıram ki, eyni dəstək “Neftçi”yə də göstəriləcək. Komandamızın xəyalından qələbədən başqa heç nə keçə bilməz. Çempionlar Liqasında mübarizəyə başlayıb, Avroliqanın qrupuna düşmək öz yerində. Amma bu dəfə biz elə Avroliqadan başlayıb, qrupa düşmək istəyirik ki, bu da yeni tarix olacaq”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30