23 Aprel 2024, Çərşənbə axşamı
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

“Neftçi” “Partizan”la oyuna görə UEFA-ya müraciət etdi

“Neftçi” UEFA-ya müraciət edib. Futbolxeber.az-ın məlumatına görə, “ağ-qaralar” Avroliqanın play-off mərhələsinin cavab oyunu çərçivəsində “Partizan”a qarşı keçiriləcək görüşün Tofiq Bəhramov adına Respublika stadionunda deyil, “Bakcell Arena”da keçirilməsini istəyir. Bu haqda “Neftçi”nin İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəbhəri Gündüz Abbaszadə məlumat verib: “Neftçi” - “Partizan” oyununa bilet satışı bizdən asılı olmayan səbəblərə görə müvəqqəti olaraq dayandırılıb. Tofiq Bəhramov adına Respublika stadionunun heç də yaxşı vəziyyətdə olmayan ot örtüyü "Qarabağ" - "Tvente" oyunundan sonra daha bərbad hala düşüb. Bu səbəbdən “Partizan”la qarşılaşmanın Respublika stadionunda deyil, “Bakcell Arena”da keçirilməsi üçün UEFA-ya müraciət ünvanlamışıq. Müsbət cavab alacağımıza ümid edirik. Daha öncədən bilet almış azarkeşlərə nə etməli olduqları haqda məlumat UEFA-nın cavabından sonra veriləcək”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30