29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

“Avroliqanın qrupuna düşsək, bunu dədəmiz üçün yox, Azərbaycan futbolu üçün etmiş olacağıq”

BÖYÜKAĞA HACIYEV: “PARTİZAN”A “NEFTÇİ”NİN NECƏ KOMANDA OLDUĞUNU SÜBUT EDƏCƏYİK”

“Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev Futbolxeber.az saytına müsahibə verib.

- “Neftçi” “Partizan”la oyuna yaxşı başlasa da, yekunda meydandan məğlubiyyətlə ayrıldı. Görüş barədə nə deyə bilərsiniz?

- Olduqca maraqlı oyun oldu. 17-ci dəqiqədə artıq hesab 2:0 idi. Amma uşaqlardan bir az arxayınlaşma oldu. Düşündülər ki, hesab 2:0-dırsa, ardınca 3:0, 4:0 olacaq. Rəqib də elə bundan istifadə elədi. Buna baxmayaraq, komandanın durumu yaxşıdı. Səfərdə 2 qol vurmaq xeyriməzdi. Evdə biz onları minimal hesabla udsaq, mərhələni keçəcəyik. 1:0, 2:0, 2:1 - bütün bunlar bizə cavab oyununda sərf edən nəticələrdi. Artıq sabahdan (söhbət dünən olub) cavab oyununun hazırlıqlarına başlayacağıq.

- Müdafiədəki boşluqları Kardosanın yoxluğu ilə əlaqələndirmək olar?

- Təbii ki, Kardosanın olmaması boşluqlara yol açdı. Özünüz fikirləşin, oyun ərzində 4 qol vursaq da, uduzmuşuq. Denis 2 dəfə onların, 1 dəfə də bizim qapımıza yol tapdı. Bunlar mexaniki səhvlərdi.

- Futbolçuların arxayınlaşmasını qeyd etdiniz. Bilirəm ki, oyunun gedişində futbolçulara təsir etmək elə də asan deyildi. Amma nəyisə dəyişmək olmazdımı?

- Əgər, 1 oyunçu meydanda arxayın olsaydı, mən ona təsir edərdim. Lap 2 oyunçu da arxayın olsaydı, həll edərdim. Amma təəssüflər olsun ki, həmin vaxt bütün komanda arxayınlaşmışdı. İkinci qoldan sonra yenə imkanlar vardı. Çoxları deyir ki, əvəzetmələrlə oyunun ssenarisini dəyişmək olar. Amma əvəzetmənin də iki başı var. Edilən dəyişiklik komandanı sındıra da bilər, irəli də apara bilər. Həm də futbolçu beynində düşünür ki, rəqibə 2 qol vurmuşamsa, niyə də arxayın olmayım? Bir tərəfdən də minimal hesabla uduzmağımız komandaya yaxşı dərs oldu.

- “Partizan” gözlədiyiniz kimi oynadı?

- “Partizan” yaxşı komandadı. 100 ilin komandasıdı. Onu da deyim ki, komandada qəzetlərdə yazılan kimi hansısa maliyyə problemi yoxdu. Hamısı boş şeydi. Bütün bunlar oyundan əvvəl bizi sakitləşdirmək üçün atılan addımlar idi. Bununla belə, Allah qismət eləsə ayın 28-də onları burda layiqincə qarşılayacağıq. “Partizan”a “Neftçi”nin necə komanda olduğunu sübut edəcəyik.

- Əvvəl oynadığınız “Partizan” güclü idi, yoxsa indiki?

- Bu “Partizan” 2 il əvvəlkindən qat-qat güclüdü.

- Hesabda geri düşdükdən sonra, Kanalesi meydana buraxdınız. Ondan istədiyinizi ala bildinizmi?

- Kanalesin zamana ehtiyacı var. Əslində, biz onu meydana start heyətində də buraxa bilərdik. Lakin Nfor Gürcüstanda “Çixura”ya 3 qol vurdu. Mən Belqradda onu meydana buraxmasaydım, Nfor sına bilərdi. Kanalesə bir qədər vaxt lazımdı ki, komandaya tam uyğunlaşsın. Hər dəfə 20-25 dəqiqə şans verməklə, bu məsələni də yoluna qoyacağıq.

- Cavab oyununda “Neftçi”yə mütləq qol lazımdı. Buna görə start heyətində 2 hücumçuya şans verəcəyinizi gözləmək olar?

- Hələ həftəlik proqram üzərində işləyəcəyik. Cavab oyununa 6 gün var. Bu müddət ərzində kimin hansı durumda olduğu bilinəcək. Kim özünü yaxşı göstərsə, ona da heyətdə şans verəcəyəm. Çalşacağıq meydana elə heyət buraxaq ki, səhvə yol vermiş olmayaq.

- Deyəsən, Stamenkoviçin oyunundan narazı qalmısınız...

- Bəli, Saşa əvvəlki oyunlara müqayisədə bu dəfə zəif oynadı. Çox zəif.

- AZAL-la oyunun təxirə salınmasını...

- (sözümü yarımçıq kəsir) O məsələyə sabah aydınlıq gələcək.

- Yox, artıq qərar verilib və oyun təxirə salınıb (müsahibə “Neftçi” Bakıya döndükdən dərhal sonra, hava limanında alındığı üçün həmin vaxt Hacıyev AZAL-la oyunun təxirə salınmasından xəbərsiz idi).

- Qərar verilibsə, alqışlayıram. AZAL da sağ olsun ki, təklifi qəbul edib. Ayın 28-i bizi çox ağır oyun gözləyir.

- Çempionatdakı oyunların təxirə salınması heç də birmənalı qarşılanmır. Bu, həm “Neftçi”yə, həm də “Qarabağ”a aiddir.

- Bu gün biz play-offadayıq. Avroliqanın qrupuna düşsək, bunu dədəmiz üçün yox, Azərbaycan futbolu üçün etmiş olacağıq. Hər şey futbolumuzun ucalmağı naminədir. Amma düzünü danışmaq lazımdı. Bizim futboçular öyrəşiblər ki, həftədə 1 dəfə meydana çıxsınlar. İndi üç gündən bir, özü də Avropanın canavarlarına qarşı oynamaq onlar üçün çətindir. Mən PFL-in qərarını alqışlayıram. Orada işləyənlər öz işlərinin sərrafıdılar. Ramin Musayev nə etdiyini bilir. Həm “Neftçi”nin, həm də “Qarabağ”ın oyununun təxirə salınması Azərbaycan futbolu naminədir.

- Amma milli komandamızın baş məşqçisi Berti Foqts belə düşünümür. Alman məşqçi Superkubok oyununun təxirə salınmasından narazılığını jurnalistlərlə görüşündə açıq şəkildə ifadə etdi...

- Foqts qardaşdı, ona böyük hörmətim var. Amma mənə elə gəlir ki, hərə öz milçəyini qovsa, daha yaxşı olar. Foqts Özbəkistanla 0:0 oynadı. Oyuna baxmamışam, ona görə də görüş haqda anlayışım yoxdu. Amma Foqts nə “Neftçi”nin, nə də “Qarabağ”ın dərdini çəksin. Qoy, oturub milliyə gün ağlasın. Yenə deyirəm, hərə öz işiylə məşğul olsa, yaxşıdı.




Ad: xavbek;   E-mail: [email protected]

23.08.2014 17:23

Neftçinin başıpozuq bir müdafiə xətti var. Möcüzədir ki, bu komanda hər oyunda 5-6 qol yemir. Böyükağa müəllim yaxşı olar ki, orada səliqə-səhman yaratsın. Yoxsa qruplara qalmağın nə mənası var.
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31