24 Aprel 2024, Çərşənbə
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

Gözlənilməz qərar: qalmaqallı hakim 3 ildən sonra “İnter”in oyununda

Dünən AFFA Hakimlər Komitəsi Azərbaycan Premyer Liqasında üçüncü turun oyunlarını idarə edəcək hakimlərin siyahısını açıqlayıb. Futbolxeber.az-ın məlumatına görə, “İnter” - “Sumqayıt” matçına Ramil Diniyevin baş hakim təyin olunması heç də birmənalı qarşılanmayıb. Çünki Diniyev son 3 ildə “İnter”in oyunlarına təyinat almırdı.

2011-ci il avqustun 8-də Diniyevin idarə etdiyi “İnter” - “Bakı” oyununda qalmaqal yaşanmışdı. Referinin qərarlarından narazı qalan “İnter” meydanı tərk etmişdi. Oyun ərzində ikinci dəfə Diniyevin “İnter”in qapısına penalti təyin etməsi “bankirlər”i özündən çıxarmışdı.

Həmin qalmaqallı oyunu çoxları yaxşı xatırlayır. Yekunda da AFFA İntizam Komitəsi vaxtından əvvəl meydanı tərk etdiyi üçün “bankirlər”ə texniki məğlubiyyət vermişdi. İndi isə həmin hakim yenidən “İnter”in oyununa təyinat alıb. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30