20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Ölkə futbolu

Vaqif Cavadov: “Türkiyədə hər oyuna Azərbaycan bayrağı ilə çıxacağam”

Azərbaycan milli komandasının və Türkiyənin “Qaziantep BB”  klubunun hücumçusu Vaqif Cavadov Peşəkar Futbol Liqasının rəsmi saytına müsahibə verib. Futbolxeber.az həmin müsahibəni təqdim edir:

- “İnter”dən ayrıldıqdan sonra Türkiyənin I dəstə təmsilçisi “Qaziantep  BB” ilə anlaşdınız. Türkiyə klubunda sizi necə qarşıladılar,  klubun sizə ümidləri nədən ibarətdir?

- Türkiyədə məni çox yaxşı qarşıladılar. Müqavilə mərasimində klubun prezidenti və digər yüksək vəzifəli şəxsləri iştirak etdilər. Mənə ümidlər böyükdür. Bu məsuliyyəti dərk edərək deyirəm ki, Türkiyəyə turist  kimi getməmişəm.  İndi hər şey özümdən asılıdır. Məşqlərdə özümü  yaxşı tərəfdən göstərib, mütəmadi olaraq, əsas heyətdə oynamalıyam. Öz oyunumda inkişafa nail olmaqla yanaşı, ölkəmizi də layiqincə təmsil etməliyəm.

- Baş məşqçi Nurullah Sağlam sizin barənizdə danışarkən deyib ki,  “Vaqif Cavadov hədəfi mütləq çempionluq olan komandaya transfer edildiyini anlamalıdır”. Bu cümlə sizdə hansı hissi formalaşdırıb?

- Nurullah Sağlamın belə deməsini normal qarşılayıram. Çünki Sağlam həmişə məqsədləri olan komandaya rəhbərlik edib. Elə mən də həmişə çempionluq uğrunda yarışan kollektivdə çıxış etmişəm. “Qaziantep BB” klubunu seçməyimdə Nurullah Sağlam amilinin rolu böyükdür.

- Sizinlə yanaşı U-21 millimizin üzvü Rəhman Hacıyev də “Qaziantep BB”da oynayır. Yəqin ki, bu sizin üçün də üstünlükdür...

- Əlbəttə, heyətdə yer alan bütün futbolçularla dostluq münasibətim var. Amma Rəhmanın yeri başqadır. Onunla hər mövzuda danışa bilirəm.

- Bir qədər geri qayıdaq. “İnter”dən ayrıldıqdan sonra adınız “Xəzər Lənkəran”la hallandı. Bəs necə oldu ki, “Xəzər Lənkəran”la yox, “Qaziantep BB” klubu ilə anlaşdınız?

- Açığı, bu iki klubdan başqa, “Qəbələ”dən də təklif var idi. Məsələ seçim etməyə gəldikdə, Türkiyə klubunun  təklifi daha yaxşı oldu. Onlar mənim futbol oynamağım üçün hər cür şərait yaratdılar.

- Siz Türkiyə I liqasının səviyyəsinin hər keçən il bir az daha düşməsi ilə razısınız?

- Səviyyə düşür? Mən deməzdim. Türkiyə  birinci liqasını görməmişdim. Gedib gördüm və təəssüratlarım yüksəkdir. Hesab edirəm ki, düzgün seçim etmişəm.

- Türkiyədə çıxış edən azərbaycanlı futbolçular (Rəşad Sadıqov istisna olmaqla) milli atributlarımızdan istifadə etməyiblər. Sizin məsələ ilə bağlı nə kimi planlarınız var?

- İnşallah, hər oyuna biləyimdə Azərbaycan bayrağı ilə çıxacağam. Məqsədim həm ölkəmizi təmsil etmək, həm də komandamın uğurlarında pay sahibi olmaqdır.

- Klubunuzun maddi vəziyyəti necədir?

- Bu baxımdan hər hansı bir problem yaşamırıq. Komandamız Türkiyədə transfer bazarının fəallarındandır.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30