29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

“Tvente”nin baş məşqçisi: “Qarabağ” bizi asanlıqla məğlub edə bilməyəcək”

“Bakıda çox gözəl bir gündür. Biz isə bir qədər həyəcanlıyıq. Həmkarımız rəhmətə gedib. Onun hüzrünü saxlayırıq. Bununla belə  çalışacağıq ki, layiqli oyun göstərək”. Futbolxeber.az-ın Qol.az-a istinadən verdiyi məlumatına görə, bu sözləri “Tvente”nin baş məşqçisi Alfred Şreyder Avropa Liqasının pley-off mərhələsi çərçivəsində “Qarabağ”la keçiriləcək oyun öncəsi təşkil olunan mətbuat konfransında deyib.

O, "Qarabağ" haqda xoş sözlər söyləyib. Bununla belə, əlavə edib ki, komandası təslim olmaq fikirndə deyil: “Üç  il bundan əvvəl də “Qarabağ” güclü komanda idi. Sadəcə, indi daha çox təcrübə toplayıblar. Biz bir qədər narahat edən budur. Bizə ciddi müqavimət göstərəcəklər. “Qarabağ”ın çoxlu hücumlar edəcəyini bilirik. Amma Riçard kimi müdafiəçimiz var. Rəqib  nə qədər hücum etsə də, bizim müqavimət göstərməyə gücümüz var. “Qarabağ” bizi asanlıqla məğlub edə bilməyəcək. Rəqibimizə hörmətlə yanaşırıq. Bakıda uduzsaq, bu, faciə hesab olunmayacaq”.

Şreyder  “Qarabağ”ın Ağdamı təmsil etməsini bildiyini deyib:  “Bilirik ki, “Qarabağ” Bakının yox, Ağdamın komandasıdır. Onların Bakıda niyə oynadıqlarından da xəbərimiz var”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31