19 Aprel 2024, Cümə
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı

Ölkə futbolu

"Partizan"ın baş məşqçisi: "Neftçi"ni yaxşı analiz etmişik"

"Üzərimizdə təzyiq yoxdur, hər şey qaydasındadır. Daha öncə məqsədimizin Avropa Liqasının qrup mərhələsinə düşmək olduğunu söyləmişdim. Futbolçular meydana çıxıb özləri və "Partizan" üçün oynamalıdırlar". Futbolxeber.az-ın Qol.az-a istinadən verdiyi məlumata görə, bu sözləri "Partizan" klubunun baş məşqçisi Marko Nikoliç Avropa Liqasının pley-off mərhələsində qarşılaşacaqları "Neftçi" ilə oyunöncəsi deyib.

Serbiya mətbuatına danışan təcrübəli mütəxəssis "Neftçi"nin hörmətə layiq komanda olduğunu bildirib: "Neftçi" ilə bizi çətin oyun gözləyir. Uğurlu seriyanı davam etdirmək istəyirik. Təəssüf ki, Çempionlar Liqasında "Ludoqorets" səddini keçə bilmədik. Ancaq indi Avropa Liqasının qrup mərhələsində oynamaq şansımız var. Rəqib hörmətə və diqqətə layiq komandadır. Onların heyətində səviyyəli legionerlər çıxış edir. Rəqibi yaxşı analiz etmişik. Artıq meydanda öz oyunumuzu nümayiş etdirməliyik. Fiziki cəhətdən "Neftçi"ni "Ludoqorets"ə bənzətmək olar. Texniki və sürət baxımından da komandalar arasında müəyyn oxşarlıqlar var. Ancaq oyun üslublarına görə hər iki komanda bir-birindən fərqlənir".

Qeyd edək ki, sabah Serbiyada keçiriləcək "Partizan" - "Neftçi" oyunu Bakı vaxtı ilə saat 23:15-də başlayacaq.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30