19 Aprel 2024, Cümə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Qurban Qurbanov: “Bu “Tvente” əvvəlkindən təhlükəli ola bilər”

“Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının pley-off mərhələsi çərçivəsində “Tvente” ilə keçiriləcək oyun öncəsi təşkil olunan mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

-Vacib bir oyuna çıxacağıq. Tanış komandaya qarşı oynayacağı. Artıq “Tvente”də xeyli dəyişiklik var.Daha çox gənc futbolçulara üstünlük verirlər. Sabah əlimizə düşən hər bir imkandan istifadə etməliyik. Hamımızı maraqlı oyun gözləyir.

- Maksim Medvedyev və İlqar Qurbanov zədəlidir. Onları kim əvəzləyə bilər?

- Maksimin oynamaq şasnı var.

- “Zalsburq”La oyunda komandanızın iki futbolçusu qırmızı vərəqə alaraq “Qarabağ”ı çətin duruma saldı. Bu  haqda komanda ilə danışıq oldu?

- Əlbəttəki, onlarla danışıdıq. Ancaq hər biri vacib oyunçumuzdur. Düşünürəm ki, bu görüşdə daha diqqətli olacaqlar.

- Belə bir fikir formalaşıb ki, ötən illərlə müqayisədə “Qarabağ” daha güclü, “Tvente” isə zəifdir.

- Bu fikirlər bizi və sizi aldatmamalıdır. “Tvente” həmişə Hollandiyada yüksək yerlər uğrunda oynayır. Əksinə bu “Tvente” bizim üçün daha çətin rəqib sayıla bilər. Avropada heç bir klubu zəif saymaq olmaz. Sadəcə bizim təcrübəmiz əvvəlki illərdəkindən daha çoxdur. Rəqibi daha düzgü analiz etməliyik. 

- “Zalsburq”la oyunda “Qarabağ” aqressiv oynadı. Bunun da mənfi və müsbət tərəfləri oldu. Sabahkı oyunda necə, komanda aqressivlik olacaq?

- Son vaxtlar aqressivlik futbolda vacibdir. Həmin oyunda aqressiv olmasaydıq, daha çətin olardı. Ancaq “Tvente” ilə daha diqqətli olmalıyıq.

- Meydançanın durumu “Qarabağ”a öz oyununu oynamağa imkan verəcəkmi?

- Düzü, meydançanın durumundan razı deyiləm. Öt örtüyü yaxşı olsa da, daha rahat oynaya bilərdik. Bunun bir qədər oyunumuza təsiri ola bilər.

- “Qarabağ” “Tvente”ni nədə üstələyə bilər?

- İstəməzdim ki, komandamızı üstün sayım. Bu, hörmətsizlik ola bilər. Rəqibi nə qədər də analiz etsək, sabah onları daha yaxından tanıyacağıq.


Mənbə: Qol.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30