Ölkə futbolu
Arzun çin olsun, Berti Foqts!..
Bu gün milli komandamız növbəti oyununa çıxacaq. Rəqib Özbəkistandı, adi yoxlama oyunudu, millimiz meydana optimal olmayan heyətlə çıxacaq, qələbə qazanmağı çox istəyirik... Ən azından qələbə hər zaman qələbədi. İstər özbəklər üzərində olsun, istər braziliyalılar. Bütün bunlar öz yerində. Sözümün canı başqadı.
Dünən millinin baş məşqçisi Berti Foqts mətbuat konfransı keçirdi. Son bir neçə ildə alman mütəxəssisin jurnalistlərlə görüşlərində iştirak etmədiyim üçün onu yenidən canlı “dinləmək” maraqlıydı.
Mətbuat konfransından sonra əmin oldum ki, geridə qalan illər ərzində dəyişən çox şey yoxdu. Foqts yenə də aradabir atmacaları ilə mətbuat nümayəndələrini “sancırdı”. Ən azından əcnəbi futbolçuların milliləşdirilməsi ilə bağlı suala cavab verərkən əlini qulağına tutaraq, “Blatterə zəng vurun, bəlkə xahişinizi nəzərə alar” deməsi, belə düşünməyə əsas verir. Alman bəzi mətbuat nümayəndələrinə aşağıdan yuxarı baxır. Təbii ki, onun da özünə görə arqumentləri var. Bəzən mənasız suallar eşidir və buna görə qurunun oduna yaş da yanır. Vəziyyət o həddə çatıb ki, Mikayıl Nərimanoğlu mətbuat konfransı başlamamışdan öncə KİV nümayəndələrindən məntiqli suallar verməyi rica edir.
Dünən özlüyümdə yeni Foqts kəşf etdim. Bu “kəşf” mənə bəzi şeyləri anlamağa yardım etdi. Artıq əminliklə bilirəm ki, Diniyevin və ya bir başqasının vaxtında “at oynadanlar” nəyə görə almanın qarşısında “sakit uşağ”a çevrilirlər.
Foqts ağına-bozuna baxmadan “Qarabağ” və “Neftçi”yə “döşədi”. Düz də elədi. Superkubok oyununun təxirə salınması həqiqətən də absurd qərar idi. Bu gün bir-biriləri ilə üz-üzə gəlməkdən “yorğunluq” bəhanəsi ilə imtina edən “Neftçi” və “Qarabağ”ın futbolçuları sabah 4 gün ərzində Xorvatiya və İtaliya qarşısında necə duruş gətirəcəklər? Belə çıxır ki, Foqts hər iki oyuna fərqli heyət buraxmalıdı? O anda, “təsəvvür edin ki, hər iki klub Avroliqanın qrup mərhələsinə yüksəlsə, necə olacaq” demək istəsəm də, susdum...
Əsl “bomba”nı Foqts, sonda partlatdı. “AVRO-2016-nın seçmə mərhələsində hansı nəticə sizin üçün uğurlu, hansı isə uğursuz olacaq” sualın(m)a alman məşqçi “play-offa vəsiqə qazanmaqdan başqa heç bir nəticə məni qane edə bilməz” deyərək, cavab verdi. Bu, tanıdığım(ız) Foqts deyildi. Taktikası kimi özünün də qorxaq olduğunu zənn etdiyim alman, bir anda gözümdə şirə döndü. Foqts buna qədər əksər hallarda ehtiyatlı danışır, hətta “cırtdan”larla oyunlardan əvvəl belə, qələbə vəd etmirdi. İndi isə play-offdan dəm vurur. Deyir, “avazın yaxşıdı, oxuduğun Quran olsa”. Nə deyirik, cənab Foqts. İstəməyənin gözü kor olsun. Görünür, “Qarabağ” və “Neftçi”nin pley-off “sevdası” sizdən də yan keçməyib. Qurban Qurbanov və Böyakağa Hacıyevin uğurları almanda qıcıq yaradıb. Foqts da çox gözəl bilir ki, onun üçün real təhlükə elə Hacıyevlə Qurbanovdu. Çünki Bolqarıstanla oyunda arzuolunmaz nəticə “istefa”çıları yenidən dilə gətirəcək. Buna görə də o yerli məşqçilərdən zəif olmadığını sübut etmək istəyir, almanın iddiasını böyüyüb. Kaş ki faydasını görək.
super kubokun texire salinmasi yerine duwdu. chunki bu derbi oyunda klublarin aparici oyunchulari zede ala bilerdiler. bu ise pley offda oz sozunu deye bilerdi.
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- AFFA-nın yeni baş katibi o olacaq - ÖZƏL
- “Sabah”da rəhbər dəyişikliyi: Yeni prezident o olacaq - ÖZƏL
- Fərid Qayıbov narazıdır: AFFA-nın konfransını boykot edəcək - ÖZƏL
- FİFA AFFA-nın konfransında azərbaycanca danışacaq - ÖZƏL
- Zaur Qəhrəmanovun “Neftçi”dən getməsinin səbəbi məlum oldu
- AFFA İcraiyyə Komitəsinin üzvü: “Premyer Liqada klub sayının artırılması gündəmdədir”
- Rövşən Nəcəf: “Etimadı doğrultmaq üçün əlimdən gələni edəcəm”
- Asif Məmmədov: “Kimsə bunu sübut etsə, üzr istəməyə hazıram”
- Qurbanovdan nümunəvi addım
- Milli komandamızın yeni baş məşqçisi müəyyənləşib: Mayın əvvəli Bakıya gəlir
- İcraiyyə Komitəsinin yeni üzvü “Neftçi”yə gəlişini şərh etmək istəmədi: “İnşallah gələn həftə...”
- Minifutbol millimizin heyəti narazılıqla qarşılandı, baş məşqçi danışmaq istəmədi
- Sərxan Hacıyev: “Monqolustan və Bolqarıstanla oyunlara görə milliyə mükafat veriləcək”
- Prezidentin nəvəsindən Qara Qarayevə dəstək
- ETOPAZ: Məsləhət bizim, qazanc sizin
-
17:52
"Sumqayıt" - "Qarabağ" oyununa nə qədər bilet satılıb?
-
17:04
Yarımfinal oyunlarına təyinatlar açıqlandı
-
16:45
Kadi: “Mən həmişə hazıram”
-
16:17
Azərbaycanın U-17 millisi Belarusda turnirə qatılacaq
-
15:36
“Neftçi”nin legioneri: “Fürsət düşsə, Rumıniyaya qayıdardım”
-
14:53
Millimizin rəqibi Baltik kubokunda yarışacaq
-
14:21
Valdemar Almeyda: “İlk üçlükdə olmaq üçün bütün oyunlarda qalib gəlməliyik”
-
14:08
“Prezident Kuboku-2024” beynəlxalq reqatasında 20-dən çox ölkə mübarizə aparacaq
-
13:49
"Olimpiadada Azərbaycanı layiqincə təmsil edəcəyimə inanıram"
-
13:34
AGF Baham adaları Gimnastika Federasiyası ilə Anlaşma Memorandumu imzalayıb
-
13:12
Kişi şahmatçılar arasında Azərbaycan çempionatında ilk finalçı müəyyənləşib
-
12:55
"Qarabağ"ın uğurlarına sevinirəm, amma "Neftçi" mənə daha əzizdir" VİDEO
-
12:27
Bakıda UEFA fitnes məşqçilik kursunun I modulu başlayıb
-
12:06
Şeydayevin qaçırdığı qol şansları... VİDEO
-
11:43
Milli komandamızın yeni baş məşqçisi müəyyənləşib: Mayın əvvəli Bakıya gəlir
-
11:18
"Azərbaycan voleybol tarixində belə finala şahidlik etməmişdik"
-
10:50
"Final görüşünün əhəmiyyətini başa düşürdük"
-
10:39
Avropa çempionatı: Ülviyyə Fətəliyevadan maksimum nəticə
-
10:24
"Fənərbaxça" çempionluq yolunda ağır zərbə aldı VİDEO
-
10:12
Masaki Murata: “Bu tip insanlar həmişə problem axtarır”
-
09:57
Milan derbisində 3 qol, 3 qırmızı vərəqə VİDEO
-
09:41
Azərbaycanın 3 boksçusu növbəti mərhələdə
-
09:28
"Roma" öz meydanında "Bolonya"ya uduzdu VİDEO
-
00:10
Diniyev - Şeydayev mübarizəsində kim sevindi?
-
20:38
“Neftçi” rəhbərliyi I Liqa klubunun prezidenti ilə görüşdü
-
19:21
Azərbaycan çempionu məlum oldu
-
19:00
“Araz-Naxçıvan”ın yarımmüdafiəçisi: “Pul alırıqsa, haqqını verməliyik”
-
18:17
Azərbaycan qılıncoynadanları dünya birinciliyində çıxışlarını başa vurublar
-
17:55
Boksçumuz ermənini məğlub etdi
-
17:24
II Liqada oyunların vaxtı məlum oldu
-
17:03
“Sumqayıt” - “Qarabağ” oyununun biletləri satışda
-
16:48
"Cəbrayıl" - "Bakı Sportinq" matçında tək qol VİDEO
-
16:32
“Neftçi” “Yaşıl Gələcək” layihəsinə 1000 ağac ianə edib
-
16:19
“Kür” liderlə xal fərqini minimuma endirib
-
15:56
I Liqada 24-cü turun oyun cədvəli
-
15:41
“Bakı Sportinq”dən çempionluq yolunda vacib qələbə
-
14:27
Azərbaycan Kuboku: 1/2 finalın cavab oyunlarının saatı bilindi
-
14:03
Azərbaycan Basketbol Liqası: Son turunun proqramı müəyyənləşib
-
13:34
U-17-nin İnkişaf turniri üçün yekun heyəti açıqlandı
-
13:15
Nicat Abasov İddiaçılar Turnirini qələbəsiz və sonuncu yerdə bitirdi
-
12:58
"Atletiko"dan gözlənilməz məğlubiyyət VİDEO
-
12:40
Anas Najah: “İnsanlar hansı hakim səhvindən danışırlar?”
-
12:26
"Bayer" 90+8-də məğlubiyyətdən qaçdı VİDEO
-
12:19
Azərbaycan Kubokunun yarımfinal görüşlərinin başlama saatları açıqlanıb
-
11:51
Azərbaycanın cüdo millisi Avropa Kubokunda dördüncü olub
-
11:37
Azərbaycan stolüstü tennisçiləri beynəlxalq yarışlara qatılacaqlar
-
11:24
“Yurqorden” rəsmisi Qurbanlının klubdan gedişi barədə: “Ayrılmaq istədiyini deməyib”
-
11:05
"Səbail" və "Zirə"dən yubiley qələbəsi
-
10:53
Ağabala Ramazanov qayıdışından, avrokuboklardan və qızının açdığı pankartdan danışdı
-
10:42
Üzgüçülük üzrə açıq Azərbaycan çempionatı keçiriləcək