29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

“Simurq”un futbolçusu: “Partizan”a kömək edəcəyik”

“Azərbaycan çempionatı inkişaf edib. Burda futbola böyük sərmayələr qoyulur”. Futbolxeber.az-ın Apasport.az-a istinadən verdiyi məlumata görə, bunu “Simurq”un yeni transferi Marko Stanoyeviç deyib.

Zaqatala təmsilçisinin “Şerif”dən (Moldova) icarəyə götürdüyü serbiyalı futbolçu Azərbaycan Premyer Liqasını tərifləyib.

O bildirib ki, Azərbaycan çempionatı Serbiya Superliqasından daha səviyyəlidi: “Azərbaycanın bütün klublarını hələ tanımıram. Amma komanda yoldaşlarımdan həmin klubların qibtə ediləsi büdcələrinin olduğunu öyrənmişəm”.

26 yaşlı yarımmüdafiəçi Avroliqanın pley-off mərhələsində “Partizan” və “Neftçi” arasında keçiriləcək görüşlərdən də danışıb: “Neftçi” çempionatın ilk matçında “Araz-Naxçıvan”a 0:3 hesabı ilə uduzdu. Ancaq Bakı klubunun baş məşqçisi bunu onunla əsaslandırdı ki, əsas heyət üzvlərini “Partizan”la qarşılaşmaya görə meydana buraxmayıb. Bu səbəbdən həmin məğlubiyyət böyük əhəmiyyət kəsb etmir. “Partizan”la görüşlə bağlı burda geniş müzakirələr aparılır, ancaq Serbiyadakı kimi gərginlik yoxdu”.

“Partizan”ın əzəli rəqibi “Srvena Zvezda”nın yetirməsi olmasına baxmayaraq, Marko və “Simurq”dakı komanda yoldaşı Draqan Çeran Serbiya klubu üçün “casus” rolunda çıxış edəcəklərinə də söz verib: “Neftçi” Azərbaycanın ən böyük klublarından biridi. “Partizan”a asan olmayacaq. Baxmayaraq ki, “Partizan” əzəli rəqibimiz olub, ancaq biz bu komandaya “Neftçi” haqqında məlumat toplamaqda kömək edəcəyik”.

Qeyd edək ki, Marko Stanoyeviç 2 dəfə “Şerif”lə Moldova çempionu, 1 dəfə isə həmin ölkənin Superkubokunu qazanıb.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31