29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

“Simurq”un kapitanı: “Bu il məqsədimiz Avroliqaya vəsiqə qazanmaqdı” (Müsahibə)

“Simurq”un kapitanı İlkin Qırtımov Futbolxeber.az saytına müsahibə verib.

- Komandanız mövsümə qələbə ilə start verdi. İlk öncə AZAL-a qarşı keçirdiyiniz oyun haqda fikirlərini bilmək istərdik.

- Mövsümdə birinci oyunumuza çıxırdıq. Bu səbəbdən də komandada bir qədər həyəcan var idi. Öz meydanımızda, doğma azarkeşlərimiz önündə oynayırdıq. Qələbə qazanmağı çox istəyirdik. Oyuna yaxşı başladıq. Ardıcıl iki qol vurmağımız bizə çox kömək oldu. Nəticədə də qalib gəldik.

- Ardıcıl 2 qoldan sonra “Simurq”un yenidən fərqlənə bilməməsinə səbəb nə oldu: artıq hesabı qorumaq barədə düşünürdüz, yoxsa AZAL növbəti dəfə fərqlənməyinizə imkan vermədi?

- Yox, biz yenə də qol vurmaq istəyirdik. Bunun üçün şanslarımız da oldu. Sadəcə olaraq, alınmadı. Halbuki bir neçə epizodda üçüncü qolu bilərdik. AZAL da zəif komanda deyil. Onlar da uğur qazanmaq istəyirdilər.

- Ötənilki “Simurq”la indiki komanda arasında fərq nədir?

- Fərq futbolçulardadı. Bildiyiniz kimi, mövsüm başa çatdıqdan sonra komandamızın heyətində müəyyən dəyişikliklər oldu. Bəzi oyunçular getdi, əvəzində yeniləri gəldi. Amma ümumi götürdükdə, ötən il olduğu kimi indi də komandada ulduz, digərlərindən səviyyəcə xeyli fərqlənən futbolçu yoxdu. Heyətimiz yaxşıdır. Komandanın əsasını da gənclər təşkil edir. Baş məşqçi də onların təcrübə toplaması, daha irəli getməsi üçün əlindən gələni edir.

- AZAL-la oyundan sonra Georgi Çixradze bildirdi ki, heyət mütləq güclənməlidir. Komandanın kapitanı kimi bu barədə sən nə düşünürsən?

- Əlbəttə, mən də bu fikirlə tam razıyam. Heyətimiz güclənməlidir. Komandaya daha 2-3 futbolçu da lazımdı. İndiki heyət də zəif deyil. Amma ehtiyat oyunçular skamyamız qısadı. Ehtiyatda sonradan meydana daxil olub, oyunun taleyini dəyişə biləcək futbolçu yoxdu. Bu səbəbdən də daha 2-3 futbolçuyla güclənsək, yaxşı olar.

- “Simurq”un cari mövsümdəki hədəfi nədir?

- Məqsədimiz uğurlu çıxış etməkdi. Rəhbərlik də komandanın uğurlu çıxışı üçün əlindən gələni edir. Biz də həm rəhbərliyi, həm də azarkeşləri sevindirmək istəyirik. Məqsədimiz bacardıqca irəli getmək, Avroliqaya yollanmaqdı. İstəyirik ki, gələn il avrokuboklarda çıxış edək.

- Səncə, bunu bacaracaqsınız?

- Çempionat hələ təzə başlayıb. İndidən kimin neçənci yeri tutacağını söyləmək olmaz. Məqsədimizə çatıb-çatmayacağımızı mövsümün sonunda biləcəyik.

- Növbəti turda “Xəzər Lənkəran”la qarşılaşacaqsınız. Rəqib ilk 2 turda qələbə qazana bilməyib və qarşıdakı oyuna çox ciddi yanaşırlar. Bu amil, “Simurq”un xeyrinə ola bilər, ya ziyanına?

- Təkcə “Xəzər Lənkəran”da deyil, istənilən rəqibin düşərgəsində problem olması bizim üçün üstünlükdü. Onsuz da “Xəzər Lənkəran” üçün “Simurq”la oynamaq həmişə çətin olur. Eləcə də bizim üçün çətin olacaq. Çünki “Xəzər Lənkəran” da güclü rəqibdir. Daim iddialı olublar. Bu mövsüm də çempionluq uğrunda mübarizə aparırlar. Lakin rəqiblə müqayisədə biz meydana nisbətən rahat çıxacağıq. Bu isə üstünlükdür. Üstəlik, öz meydanımızda, doğma azarkeşlərimiz qarşısında oynayacağıq.

- Artıq millinin düşərgəsindəsən. Qarşıdakı Özbəkistanla oyun barədə nə düşünürsən?

- Bildiyiniz kimi, “Qarabağ” və “Neftçi”nin futbolçuları bu toplanışda iştirak etmirlər. Bu isə mən də daxil olmaqla bütün gənc futbolçular üçün yaxşı şansdır. Hər kəs əlindən gələni edəcək ki, özünü yaxşı tərəfdən göstərib, qarşıdakı oyunlara da dəvət alsın. Özbəkistan da zəif rəqib deyil. Lakin biz bu oyunda uğur qazanmalıyıq. Azarkeşlərimizi mütləq sevindirməliyik”.

- AZAL-la oyundan sonra millinin düşərgəsinə qatıldın, Özbəkistanla görüşün ardınca isə geri dönəcəksən. Bu, yorğunçuluq və ya hansısa başqa bir çətinlik yaratmayacaq ki?

- Yox, yorğunçuluqdan söhbət gedə bilməz. Əksinə, millinin heyətinə dəvət almaq hər bir futbolçu üçün ruh yüksəkliyidir. Millidə olmaq şərəfdi.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31