24 Aprel 2024, Çərşənbə
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

“Simurq” AZAL-la oyuna hazırdı

Azərbaycan Premyer Liqasının II turunda 2014/15-ci il mövsümünə start verməyə hazırlaşan "Simurq" məşqləri tamamlayıb. Futbolxeber.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, futbolçular dünən son hazırlıqları yerinə yetiriblər. Bir saata yaxın davam edən çalışmalarda məşqçilər korpusu yetirmələrini çox yormayıb. Yüngül isinmə hərəkətlərindən sonra üç qrupa bölünərək "kvadrat" və ikitərəfli oyun keçirilib. Sonda isə qapıya zərbələr və cinahlardan asmaların qapanması üzərində məşq edilib. Bundan sonra istirahətə çəkilən "sarı-qaralar", artıq qarşılaşmanın başlama vaxtını gözləyir.

Qeyd edək ki, "Simurq" - AZAL oyunu saat 19:00-da start götürəcək və "Simurq TV" vasitəsilə klubun rəsmi saytından canlı yayımlanacaq. Bu görüş rəqiblər arasında 22-ci duel olacaq. İndiyə qədər 5 görüşdə "təyyarəçilər"i məğlub etməyi bacaran Zaqatala təmsilçisi, 9 görüşdən bərabərliklə, 8 oyundan isə məğlubiyyətlə ayrılıb. Son matçlarda rəqibindən üstün olan Georgi Çixradzenin yetirmələri ardıcıl 7 oyundur ki, AZALa məğlub olmur. Ötən mövsümdə keçirilən son qarşılaşmadan isə Zaqatalada komandalar qolsuz bərabərliklə ayrılıb.   




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30