28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

DİN "Sumqayıt"- "Qarabağ" oyununda baş verənlərə aydınlıq gətirib

Daxili İşlər Nazirliyi Azərbaycan Premyer Liqasının ilk turu çərçivəsində Sumqayıtda keçirilən "Sumqayıt"- "Qarabağ" matçında polisin azarkeşlərə qarşı rüsvayçılığı ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.

DİN Mətbuat Xidmətinin rəis müavini, polis polkovniki Ehsan Zahidov Trend-ə bildirib ki, avqustun 10-da Sumqayıtda keçirilən futbol matçında yarışı izləmək üçün gələnlər arasında bir-iki nəfər idmana, futbola heç bir aidiyyəti olmayan şüarlar yazılmış plakatları stadiona keçirməyə cəhd edib.

E.Zahidov bildirib ki, qanunların aliliyini təmin edən polis əməkdaşları mövcud təlimata uyğun olaraq bu cür plakatlaın tribunalara daşınmasına haqlı olaraq imkan verməyiblər:

"Etiraf etmək lazımdır ki, idman arenalarını, müqəddəs məkanları, ziyarətgahları siyasət meydanına çevirmək məqsədəmüvafiqdir sayıla bilməz. O ki qaldı bəzi KİV-də həmin məsələ ilə əlaqədar polisin hərəkətinin rüsvayçılıq kimi dəyərləndirilməsinə, bu ən azından ölkəmizin sürətli inkişafını, hökm sürən əmin-amanlığı, sabitliyi gözü götürməyənlərin bilərəkdən ortaya atdıqları təxribat xarakterli böhtandan başqa bir şey deyil. Cinayətkarlıqla mübarizə aparan, ictimai asayişi və vətəndaşlarımızın təhlükəsizliyini təmin edən polisi bu işdə əsassız olaraq "rüsvayçılıqda" ittiham edənlərin özləri rüsvay olunası ünsürlərdi".

E.Zahidov vurğulayıb ki, stadiona gətirilən "Şəhidlər ölməz, Vətən bölünməz" şüarına guya polislər tərəfindən sayğısızlıq göstərilib: "Yalan və böhtandır. Xalqımız yaxşı xatırlayır və bilir ki, doğma Qarabağda torpaqlarımızın, orada yaşayan vətəndaşlarımızın düşməndən müdafisinə ilk dəfə qalxan da, bu yolda ilk şəhidlər verən də məhz polis əməkdaşları olub. Yəni, şəhidlərimizin ölməzliyini, Vətənimizin bölünməzliyini Azərbaycan polisi öz əməli, öz xidməti ilə dəfələrlə sübut edib. Ona görə də onları şəhidlərimizin ruhuna, vətənimizin bütövlüyünə hörmətsizlikdə günahlandırmağın özü ən böyük günah və ədalətsizlikdir. Biz Azərbaycan polisi olaraq şəhidlərimizin müqəddəs ruhları qarşısında həmişə baş əymişik və bundan sonra da canımız-qanımız bahasına olsa belə, vətənimizin hər qarış torpağı uğrunda mübarizə aparmağa hazırıq".

E.Zahidov bildirib ki, əfsuslar olsun ki, hələ də orda-burda rast gəlinən üzdəniraq siyasət dəllallarının, dil pəhləvanlarının təsiri altına düşən bir qrup gəncimiz şəhidlərimizin, Vətənimizin müqəddəs adlarından siyasi məqsədlərlə istifadə olunduğunun fərqinə varmayıblar: "İnanırıq ki, siysi işbazların toruna düşən vətəndaşlarımız nəhayət ki, aldandıqlarını başa düşəcək, doğru yolda olmadıqlarını anlayıb lazımi nəticə çıxaracaqlar".




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31