17 Aprel 2024, Çərşənbə
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu
Qurbanov məğlubiyyəti şərh etdi
Sumqayıtda qalib aşkarlanmadı

Ölkə futbolu

"Xəzər Lənkəran" tarixində beşinci final

 

“Bakı” ilə Azərbaycan kubokunun yarımfinal matçının cavab oyununda 2:0 hesabı ilə qalib gələn “Xəzər Lənkəran” 1 mövsümlük fasilədən sonra yenidən bu yarışın finalına vəsiqə qazandı. Futbolxeber.az-ın məlumatına görə, 9 illik tarixində 5-ci dəfə buna nail olan “ağ-yaşıllar” 2 dəfə 1/4, 2 dəfə də 1/2 finalda mübarizəni dayandırıb.
 
İlk 2 mövsümündə finalın 1 addımlığında büdrəyən komanda sonradan “2 final, 1 ¼ final” ardıcıllığına əməl edir. 2006/07 və 2007/08 mövsümlərində kuboku Lənkərana gətirən klub növbəti yarışı ¼ finalda dayandırdı. Sonradan yenə 2 il ardıcıl final oynayan Lənkəran təmsilçisi ötən mövsüm ¼ finalda çıxışını başa vurdu.
 
1/4 finalda mübarizəni dayandırdıqdan sonra yenidən finala yüksələn “ağ-yaşıllar” əvvəlki 4 finaldan 3-də qalib gəlib. 4-cü dəfə mükafata yiyələnməyə çalışacaq komanda bütün finallarını son 7 ildə gerçəkləşdirib. Kubokun 4 qat qalibi ilə finalda görüşəcək “Xəzər Lənkəran” həmin görüşdə bu göstəricidə rəqibinə çatmaqla Azərbaycan rekordunun şəriklərindən olacaq. Belə ki, kuboka hamıdan çox – “Neftçi” ilə “Kəpəz” hərəyə 4 dəfə yiyələnib.
 
2004/05 1/2 final
2005/06 1/2 final
2006/07 "Xəzər Lənkəran" - "MKT - Araz" (İmişli) - 1:0
2007/08 "Xəzər Lənkəran" - "İnter" (Bakı) - 2:0 əlavə vaxtda
2008/09 1/4 final
2009/10 "Bakı" - "Xəzər Lənkəran" - 2:1 əlavə vaxtda
2010/11 "Xəzər Lənkəran" - "İnter" (Bakı) - 1:1, pen. 4:2
2011/12 1/4 final
2012/13 "Xəzər Lənkəran" - "Neftçi" (Bakı)
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30