19 Aprel 2024, Cümə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Ramal Hüseynov: “Qələbəmizə kölgə salanlar qoy, eynək taxsınlar”

“AYIBDI, “NEFTÇİ”NİN HEYƏTİNDƏ DÜNƏN MEYDANA ÇIXANLARA HÖRMƏTSİZLİK ETMƏSİNLƏR”

“Araz Naxçıvan”ın aparıcı üzvü Ramal Hüseynov Futbolxeber.az saytına müshaibə verib.

- Dünən Azərbaycan Premyer Liqasının ilk turu çərçivəsində “Neftçi”ni böyükhesabla məğlub etdiniz. Əvvəlcə elə bu qarşılaşma barədə fikirlərini bildirərdin.

- Biz oyuna çox yüksək səviyyədə hazırlaşmışdıq. İlk hissə çox çətin keçdi. Qol imkanlarımız olsa da, yararlana bilmədik. Fasilədə baş məşqçimçiz Əsgər Abdullayev səhvlərimizi başa saldı. İkinci hissədə meydana daha hazır vəziyyətdə çıxdıq və qələbə qazandıq.

- Son 2 ildə birinci divizionda çıxış edirdin. İndi yenidən Premyer Liqaya qayıtdın. Hansı hisslər keçirirsən?

- Sizi inandırım ki, I divizionla Premyer Liqanın oyunları arasında ciddi fərq yoxdu. Ən azından mən “Qaradağ-Lökbatan”da oynayırdım. Elə bu komanda da Premyer Liqa səviyyəsindədi.

- Bəziləri “Araz Naxçıvan”ın dünənki qələbəsini “Neftçi”nin meydana əsas heyətlə çıxmaması ilə əlaqələndirirlər. Sən nə düşünürsən?

- Bunu deyənlər bizi istəməyənlərdi. Kimə qarşı oynadığımız bizim üçün maraqlı deyildi. Məqsədimiz meydana çıxıb, qələbə qazanmaq idi. Əsas olan 3 xal və tablodakı nəticədir. Digər tərəfdən də dünən “Neftçi”nin heyətində meydana çıxanların əksəri vaxtı ilə Avroliqada oynayanlardı. Qələbəmizə kölgə salanlar qoy, eynək taxsınlar. Görsünlər ki, bizə qarşı oynayan ikinci heyətdi, ya yox? Dünənki “Neftçi”nin heyətində Mirhüseyn Seyidov, Denis Silva, Samir Məsimov, Ruslan Qurbanov, Cavid İmamverdiyev, Məqsəd İsayev, Emin Mehdiyev oynayırdı. Məgər, onlar ikinci heyət üzvüdürlər? Ayıbdı. Heç olmasa danışanda utansınlar. “Neftçi”nin heyətində dünən meydana çıxanlara hörmətsizlik etməsinlər.

- Rəhbərlik çempionatda qarşınıza hansı məqsəd qoyub?

- Məqsədimiz bacardığımız qədər yüksək yer tutmaqdı.

- Bir müddət əvvəl mətbuatda “Neftçi”yə keçəcəyin barədə xəbərlər yayılmışdı. Amma transfer baş tutmadı. Düşünmək olar ki, bu səbəbdən dünən “ağ-qaralar”a qarşı ikiqat güclə oynadın?

- Həmin vaxt mən “Bucaspor”la 2 illik müqavilə imzalamışdım. Viza almaq üçün Bakıya gəldim, 2 günə geri dönəcəkdim. Burada çox hörmət etdiyim bir şəx məni öz komandasında görmək istədiyini dedi. 2 saat menecerin ofisində söhbət etdik. Mənim həmin şəxsə çox böyük hörmətim vardı, ona inanırdım. Bir kəlməsinə görə “Bucaspor”u atıb, vətənə qayıtdım. Amma geri dönəndə fərqli vəziyyətlə üzləşdim. Sanki belə bir söhbət olmamşdı. Onun üstündə çox pis vəziyyətdə qaldım. Çörəyimə, karyerama bais oldular. Karyeramı bitirəndən sonra yenidən üz-üzə gələcəyik. Həmin vaxt hər şey fərqli olacaq. Mənim çörəyimə bais olanların məndə çörəyinə bais olacağam. Qaldı ki, “Neftçi” ilə oyuna hazırlaşmağa, mən bütün oyunlara eyni səviyyədə hazırlaşıram. Rəqibin kimliyi fərq etməz.

- Adını açıqlamadığım həmin şəxs kimdi ki?

- İnşallah, mən karyeramı başa vurandan sonra onun kimliyini biləcəksiniz.

- Həmin şəxs “Neftçi”yə keçəcəyini demişdi?

- Menecer məni “Bucaspor”a aparan şəxsdi. Mənim nəzərdə tutduğum adam isə klub prezidentidi. Bunu oxuyanda özü biləcək.

- Hər halda, həmin vaxt məhz “Neftçi”yə keçəcəyin deyilirdi…

- Bəli, “Neftçi”yə keçəcəyim deyilsə də, həmin vaxt 2 klub xidmətimdə maraqlıydı. Amma sözlərinin üstündə durmadılar. Məndən fərqli olaraq.

- “Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyevlə daha əvvəl birgə işləmisiniz. O səni “Neftçi”də görmək istəyirdi?

- Mənim ən böyük səhvim elə Böyükağa Hacıyevlə işləmək olub. Ona məşqçi deyəndə gülməyim gəlir. Mənim yanımda o, başıaşağıdır. Bu halda məni komandada görmək istəyər? 

- Ramal, bunlar çox sərt ittihamlardı…

- Mən nə var düzünü deyirəm, yalandan heç nə demirəm ki.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30