29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Rahid Əmirquliyev kubokda da rekordçudu

 

Azərbaycan kubokunun yarımfinal mərhələsinin “Bakı” ilə cavab oyunu (2:0) “Xəzər Lənkəran”ın kapitanı Rahid Əmirquliyev üçün əlamətdar olub. Futbolxeber.az-ın məlumatına görə, yarımmüdafiəçi bu görüşdə meydana çıxmaqla rekord müəyyənləşdirib.
 
“Xəzər Lənkəran”ın heyətində ən çox oyun keçirən futbolçu kimi rekorda malik yarımmüdafiəçi 35-ci kubok oyununa çıxdı. Bununla da o, klub rekordunu müəyyənləşdirib. Bunadək Alim Qurbanovla şərikli rekorda (34 oyun) sahib olan Əmirquliyev sabiq komanda yoldaşını arxada qoyub.
 
Kapitan komandanı finala çıxaran topa imza atmaqla rəqib qapılarına vurduğu qolların sayını 26-ya çatdırıb. Bununla da Rahid braziliyalı Mario Souzaya çatıb. Yalnız klubun 2 ən yaxşı bombardiri – Zaur Ramazanovla Samir Əliyevdən geri qalan kapitan hazırda 3-cü pilləyə şərikdir.
 
“Xəzər Lənkəran” tarixinin ən yaxşı 5 bombardiri
1 Zaur Ramazanov 44
2 Samir Əliyev 34
3-4 Rahid Əmirquliyev 26
  Mario Souza 26
5 İvan Tsvetkov 24
 
Vurduğu qolların 6-nı kubokda rəqib qapısından keçirən Əmirquliyev bu yarışdakı bombardirlər sırasında da 3-cü pilləyə şərik olub. Burada o, Ramazanova da çatıb.
 
Kubokda 5 və daha çox qol vuran “Xəzər Lənkəran”lılar
1 Vüqar Nadirov 13
2 Samir Əliyev 9
3-6 Rahid Əmirquliyev 6
  Rəşad Abdullayev 6
  Zaur Ramazanov 6
  Xorxe Dias 6
7 Mario Souza 5
 

 


lankaranfc.com


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31