19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

Stamenkoviç: "Partizan"ın cütün favoriti olmasına şübhəm yoxdur”

"Neftçi"nin qapıçısı Saşa Stamenkoviç Serbiya mətbuatına müsahibə verib. Futbolxeber.az həmin müsahibəni təqdim edir:

- "Partizan"la oyun haqda nə deyə bilərsən?

- "Partizan"ın cütün favoriti olmasına şübhəm yoxdur. Ancaq bizim də mərhələ keçmək şansımız var. Yenidən qrup mərhələsində oynamaq istəyirik. Bu baxımdan bizi maraqlı oyunlar gözləyir. "Partizan"a daha çox qol vurmalıyıq.

- "Neftçi"ni iki il öncəki komanda ilə necə müqayisə edərdin?

- Bu il "Partizan"a nisbətən mövsümə bir qədər zəif başladıq. Rəqib Serbiyada titul qazanmaq istəyir. Ancaq bizim də hədəfimiz mövsümü titulla başa vurmaqdır. Yaxşı oynamaqla qələbələr qazanmaq istəyirik.

- İki il öncə "Partizan"la Serbiyadakı oyunda rəqib futbolçularla aranızda insident yaşanmışdı. Yenə sənə qarşı hansısa təxribatın olacağını gözləyirsən?

- İki il öncə həddi aşmışdıq və bu səbəbdən gərginlik yaşanmışdı. Həmin vaxt oyundan sonra ara daha da qızışdı və xoşagəlməz ifadələr səslənmişdi. Ancaq bu dəfə Serbiyada hansısa problemin olacağını gözləmirəm. Başını aşağı salıb futbolunu oynamalısan. Güclü tərəf də qalib gələcək.

- "Partizan"ın baş məşqçisi Marko Nikoliç açıqlamasında sənin öz işini görməli, futbolçularının da sənə qol vurmalı olduğunu bildirib. Sən necə düşünürsən?

- Nikoliçin fikirlərinə hörmətlə yanaşıram. Bilirəm ki, onun komandası mərhələ keçmək üçün əlindən gələni edəcək. Mən də Belqrada getməyi və orada meydana çıxmağı səbirsizliklə gözləyirəm.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30