19 Aprel 2024, Cümə
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı

Ölkə futbolu

Oğuz Çətin: “Təəssüf ki, bunu bacarmadıq”

“İlk oyun həmişə çətin olur. Bu gün qalib gəlməli idik, təəssüf ki, bunu bacarmadıq. 1 xalla kifayətlənməli olduq”. Futbolxeber.az-ın məlumatına görə, bu sözləri AZAL-la oyundan sonra “Xəzər Lənkəran”ın baş məşqçisi Oğuz Çətin deyib.

Təcrübəli mütəxəssis ilk 70 dəqiqədə yaxşı oynadıqlarını bildirib: “Rəqib azlıqda qaldıqdan sonra daha ağıllı oynamalı idik. 10 nəfərlə qalan rəqibə qarşı göstərdiyimiz oyundan məmnun deyiləm. İkinci oyunda qalib gəlməliyik. Rahid Əmirquliyevi yoxlama oyunlarında sağ müdafiəçi kimi sınamışam, bu mövqedə uğurlu çıxış etdi. Müəyyən zamanlarda yarımmüdafiədə də oynaya bilər. Oyunumuz, ümumilikdə pis deyildi. 70-ci dəqiqəyə kimi yaxşı oynadıq, bunu 90 dəqiqəyə çatdırmalıyıq”. 


pfl.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30