19 Aprel 2024, Cümə
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı

Ölkə futbolu

“Simurq” 4 futbolçu ilə yeni müqavilə imzaladı

“Simurq” bir neçə futbolçu ilə yeni müqavilə imzalayıb. Futbolxeber.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Zaqatala təmsilçisi ilə Stepan Polyak arasında “1+1” sistemli müqavilə imzalanıb. Xorvatiyalı futbolçu əvvəlki iki mövsümdə "sarı-qaralar"ın heyətində 64 oyunda meydana çıxıb və 11 dəfə rəqib qapısına yol tapıb.

Ötən mövsüm "Simurq"un ən məhsuldar futbolçusu olmuş Draqan Çeran isə daha iki il Zaqatala təmsilçisinin şərəfini qoruyacaq. Ötən mövsümün əvvəlində heyətə qatılan serbiyalı futbolçu çıxdığı 31 qarşılaşmada 13 dəfə rəqib qapıçılarını məyus etməyi bacarmışdı.

Ötən mövsüm əvəzedici heyətlərin ölkə birinciliyinin bombardirlərindən biri olmuş Oruc Balaşlı və kapitan Kənan Müslümov daha üç il "Simurq"un şərəfini qoruyacaq. Bu gün hər iki gənc futbolçuyla yeni müqavilələr imzalanıb.

Zaqatala futbol məktəbinin yetirmələri artıq karyeralarını əsas komandada davam etdirəcəklər. Sloveniya və Avstriyada keçirilən təlim-məşq toplanışlarında da özlərini yaxşı tərəfdən göstərən gənc futbolçular, məşqçilər korpusunun inamını qazanmağı bacarıblar. Oruc Balaşlı bu mövsüm "25", Kənan müslümov isə "33" nömrəli forma ilə mübarizə aparacaq.    




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30