19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

“Neftçi”nin dördüncü səfər qələbəsi

“Neftçi” Avroliqanın üçüncü təsnifat mərhələsinin cavab oyununda səfərdə “Çixura” üzərində 3:2 hesablı qələbə qazanıb. Futbolxeber.az-ın araşdırmasına görə, bu, Azərbaycan klublarının avrokuboklarda sayca 21-ci səfər qələbəsidir. Təmsilçilərimiz 21 qələbəni 101 oyunda əldə ediblər.

21 səfər qələbəsində ən çox imzası olan “Qarabağ”dı. “Neftçi” isə dördüncü dəfə səfər oyununda sevinib. “Ağ-qaralar” bu nətic ilə “Qarabağ”la yanaşı “İnter”dən (5) də geri qalırlar.

Azərbaycan kuboklarının avrokuboklardakı bütün səfər qələbələrini təqdim edirik:

1996/97 - Kuboklar kuboku - MYüPA (Finlandiya) -  “Qarabağ“ 0:1

1999/00 - İntertoto kuboku - “Makkabi” (Hayfa, İsrail) - “Qarabağ” 1:2

2005/06 - Çempionlar Liqası - “Hafnafyordur” (İslandiya) - “Neftçi” 1:2

2006/07 - UEFA Kuboku - “Spartak” (Trnava, Slovakiya) - “Karvan” 0:1

2009/10 - Avroliqa - “Honka” (Finlandiya) - “Qarabağ” 0:1

2010/11 - Avroliqa - “Portdaun” (Şimali İrlandiya) - “Qarabağ” 1:2

2010/11 - Çempionlar Liqası - “Lex” (Polşa) - “İnter” 0:1

2010/11 - Avroliqa - “Buduçnost” (Çernoqoriya) - “Bakı” -1:2

2010/11 - Avroliqa - “Visla” (Polşa) - “Qarabağ” 0:1

2011/12 - Avroliqa - “Banqa” (Litva) - “Qarabağ” 0:4

2012/13 - Avroliqa - “Trans Narva” (Estoniya) - “İnter” 0:5

2012/13 - Avroliqa - “Nomme Kalyu” (Estoniya) - “Xəzər Lənkəran” 0:2

2012/13 - Avroliqa - APOEL (Kipr) - “Neftçi” 1:3

2013/14 - Avroliqa - “Metallurq” (Makedoniya) - “Qarabağ” 0:1

2013/14 - Avroliqa - “Mariehamn” (Finlandiya)- “İnter” 0:2

2013/14 - Avroliqa - “Gefle” (İsveç) - “Qarabağ” 0:2

2014/15 - Avroliqa - “Tiraspol” (Moldova) - “İnter” 2:3

2014/15 - Çempionlar Liqası - “Valletta” (Malta) - “Qarabağ” 0:1

2014/15 - Avroliqa - “Elfsborq” (Finlandiya) - “İnter” 0:1

2014/15 - Avroliqa - “Koper” (Sloveniya) - “Neftçi” 0:2

2014/15 - Avroliqa - “Çixura” (Gürcüstan) - “Neftçi” 2:3

QEYD: 2004/2005 mövsümündə İntertoto kubokunda UEFA-nın qərarına əsasən “Xəzər Universiteti”nə Avstriyanın “Kazino Şvarts” klubu üzərində texniki qələbə verilib. Həmin texniki qələbə yuxarıdakı siyahıda nəzərə alınmayıb.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30