19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

Azərbaycan klublarından avrokuboklarda görünməmiş nəticə

Azərbaycan klubları avrokuboklarda rekorda imza atıblar. Futbolxeber.az-ın araşdırmasına görə, təmsilçilərimiz ilk dəfə olaraq 1 mövsüm ərzində 5 dəfə səfər oyununda meydanı qalib qismində tərk ediblər. Bu qələbələrdən 2-si “İnter”in, 2-si “Neftçi”nin, 1-i də “Qarabağ”ın aktivindədir. “Bankirlər” Moldova “Tiraspol”u 3:2, İsveçdə “Elfsborq”u 1:0, “Neftçi” Sloveniyada “Koper”i 2:0, Gürcüstanda “Çixura”nı 3:2, Ağdam klubu isə Maltada “Valletta”nı 1:0 hesabı ilə məğlub edib.  

Buna qədər rekord 2010/11 mövsümündə qeydə alınmışdı. Həmin vaxt təmsilçilərimiz 4 dəfə rəqib meydanında qələbəyə seviniblər. “Qarabağ” Şimali İrlandiyada “Portdaun”u (2:1), Polşada “Visla”nı (1:0), “İnter” Polşada “Lex”i (1:0), “Bakı” da Çernoqoriyada “Buduçnost”u (2:1) üstələyib.

Qeyd edək ki, “Neftçi” və “Qarabağ” Avroliqada çıxışını davam etdirdiyindən təmsilçilərimizin cari mövsümdəki nəticəni daha da yaxşılaşdırmaq ehtimalı var.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30