25 Aprel 2024, Cümə axşamı
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Ölkə futbolu

“Çixura”nın baş məşqçisi: “Komandam yaxşı oynadı”

“Ehtiyat qüvvəmiz zəif idi. Amma komandam ümumilikdə yaxşı oynadı. Yarımmüdafiəçiləri müdafiədə oynatmağa məcbur idik. Bizim üçün əsas qol buraxmamaq idi. Çünki bilirdik ki, qapımızda qol görsək, işimiz çətin olacaq. Belə də oldu. Lakin ümumi götürdükdə, yaxşı oyun göstərdik”. Futbolxeber.az-ın məlumatına görə, bu sözləri “Neftçi” ilə oyundan sonra “Çixura”nın baş məşqçisi Samson Pruidze deyib.

Gürcü mütəxəssis rəqibin daha təcrübəli futbolçulardan təşkil olunduğunu qeyd edib: “Neftçi”nin hücumçuları bizim müdafiəçilərdən daha sürətliydilər. Həm də müqayisə etsək, rəqibin heyətindəki oyunçular həm fiziki cəhətdən daha hazırlıqlıydılar, həm də daha təcrübəliydilər. Azərbaycandakı klubların maliyyə dəstəkləri çox güclüdür. Bu səbəbdən də istədikləri futbolçuları transfer edirlər. Lakin biz Azərbaycan deyil, Türkiyə modelindən yararlanmağa, öz gənclərimizi üzə çıxarmağa çalışırıq”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30