18 Aprel 2024, Cümə axşamı
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

“Neftçi” “İnter”in uğurunu təkrarlamalıdı!

“Neftçi” bu gün Avroliqanın III təsnifat mərhələsinin cavab oyunu çərçivəsində “Çixura”nın qonağı olacaq. Futbolxeber.az-ın məlumatına görə, “ağ-qaralar” ilk oyunda öz meydanında rəqiblə qolsuz bərabərsizliyə razılaşıb.

Buna qədər Azərbaycan klubları avrokuboklarda 7 dəfə öz meydanında keçirdikləri ilk oyunda meydandan 0:0-lıq heç-heçə ilə ayrılıblar. Həmin heç-heçələrdən üçü “Neftçi”nin, ikisi “Bakı”nın, biri “MKT-Araz”ın, biri də “İnter”in aktivindədir. Bu 7 haldan yalnız birində təmsilçimiz mərhələ adlaya bilib. Belə ki, 2008-2009 mövsümündə öz meydanında “Rabotniçki” ilə qolsuz bərabərliyə razılaşan “bankirlər”, cavab matçında 1:1-lik heç-heçə sayəsində mərhələ adlayıb.

2001/02 mövsümü UEFA Kuboku “Neftçi” - “Hit Qoritsa” (Sloveniya) 0:0 - 0:1

2004/05 mövsümü Çempionlar Liqası “Neftçi” - ÇSKA (Rusiya) 0:0 - 0:2

2007/08 mövsümü UEFA Kuboku “MKT-Araz” - “Qrotslin” (Polşa) 0:0 - 0:1

2008/09 mövsümü Çempionlar Liqası “İnter” - “Rabotniçki” (Makedoniya) 0:0 - 1:1

2009/10 mövsümü Çempionlar Liqası “Bakı” - “Levski” (Borlqarıstan) 0:0 - 0:2

2012/13 mövsümü Avroliqa “Bakı” - “Mura” (Sloveniya) 0:0 - 0:1

2013/14 mövsümü Çempionlar Liqası “Neftçi” - “Skenderbeu” (Albaniya) 0:0 - 0:1

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30