20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Ölkə futbolu

“Qarabağ” “Kəpəz” və “Neftçi”nin aqibətini yaşadı

“Qarabağ” Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində iki oyunun nəticəsinə görə “Zalsburq”a 2:3 hesabı ilə uduzdu. Futbolxeber.az-ın məlumatına görə, bu, Azərbaycan klublarının avrokuboklarda avstriyalılar qarşısında üçüncü uğursuzluğudur. Buna qədər “Kəpəz” və “Neftçi” də qitə kuboklarında Avstriya təmsilçiləri ilə qarşılaşmalardan məğlub ayrılıblar. “Neftçi”nin 7 il əvvəlki yenilgisində də komandanın baş məşqçisi “Qarabağ”ın çalışdırıcısı Qurban Qurbanov idi. Avstriya təmsilçisini avrokuboklarda üstələyən yeganə Azərbaycan klubu “Xəzər Universiteti”dir.  

1994/95 mövsümü UEFA Kuboku “Kəpəz” - “Austriya” 0:4 - 1:5

2002/03 mövsümü İntertoto kuboku “Xəzər Universiteti” - “Kazino Şvarts” 3:0* - 2:1

2007/08 mövsümü UEFA Kuboku “Neftçi” - “Rid” 1:3 - 2:1

2014/15 mövsümü Çempionlar Liqası “Qarabağ” - “Zalsburq” 2:1 - 0:2

* Qeyd: “Xəzər Universiteti” rəqibi üzərində texniki qələbəyə sevinib. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30