29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

"Bu məqama görə "Neftçi"nin finalda favorit olduğunu söyləmək düzgün deyil"

Azərbaycanın əməkdar məşqçisi Ağasəlim Mircavadov Futbolxeber.az saytına müsahibə verib.

- "Xəzər Lənkəran" dünən ölkə kubokunun 1/2 final mərhələsinin cavab görüşündə "Bakı"nı 2:0 hesabı ilə məğlub edərək, finala adladı. Sabiq komandanızdan bu cür oyun gözləyirdiniz?

- "Xəzər Lənkəran" hər zaman iddialı olub, komanda həmişə çempionluq və kubok uğrunda mübarizə aparıb. Cari mövsüm "Xəzər Lənkəran" ikinci "altılıq"da yer aldı və yeganə ümidi kubok idi. Komanda da gözəl anlayırdı ki, Avropaya gedən ən qısa yol ölkə kubokundan keçir. Deyərdim ki, "Xəzər Lənkəran" finala yüksəlməklə böyük iş gördü. İlk oyunda məğlub olmasına baxmayaraq, "Xəzər Lənkəran" cavab oyununda əla çıxış etdi. Komanda "Bakı" ilə cavab matçında öz oyunu ilə finala layiq olduğunu göstərdi. Bu qələbədə azarkeşlərin də böyük rolu oldu. Onlar komandalarına həmişə olduğu kimi möhtəşəm dəstək verdilər.

- "Qarabağ" - "Neftçi" oyununu necə dəyərləndirərdiniz?

- "Qarabağ" - "Neftçi" oyunu da gərgin, maraqlı alındı. Məncə, bu oyunun qırılma nöqtəsi ilk hissənin sonunda - "Neftçi"nin hesabı bərabərləşdirdiyi epizod oldu. Əgər, "Neftçi" hesabı erkən bərabərləşdirə bilməsəydi, nəticə başqa cür də ola bilərdi. Amma "Neftçi"nin qol buraxdıqdan dərhal sonra buna cavab verməsi komandanı finala daşıdı. Çünki ikinci 45 dəqiqədə "Qarabağ"ın "Neftçi" kimi güclü rəqibə 2 qol vurması çətin məsələ idi. İkinci yarıda "Neftçi" rahat şəkildə mübarizə apardı və ikinci qolunu vurdu.

- Aydın məsələdir ki, final oyunlarında favorit olmur. Siz necə düşünürsünüz, həlledici qarşılaşma öncəsi hansısa komandanın üstünlüyü var?

- Fikrinizlə tam razıyam. Final görüşlərində favorit olmur. Həlledici qarşılaşma 1 matçdan ibarətdir. Kim finala daha yaxşı hazırlaşsa, psixoloji durumu qaydasında olsa, həmin komanda da sonda kuboku qazanacaq.

- Heyətlərə görə üstünlüyü hansı komandaya verərdiniz?

- Bəllidir ki, heyətinə görə "Neftçi" üstündür. Komandanın oturuşmuş heyəti var. Amma bu məqama görə "Neftçi"nin favorit olduğunu söyləmək düzgün deyil. Bayaq da dediyim kimi, finalda favorit olmur. 1 oyundur və həmin matçı qazanmaq üçün komandalar bütün güclərini meydanda qoyacaqlar.  

- Mayın 1-də ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr olunmuş veteran futbolçular arasında beynəlxalq yoldaşlıq oyunu keçiriləcək. Həmin matça dəvət almısnız?

- Bəli, almışam. Oqtay Abdullayev mənə dəvət göndərib. Həmin gün bizim veteranların baş məşqçisi olacağam.

- Aprelin 30-da Azərbaycanın ulduz futbolçuları ilə "Atletiko" arasında da yoxlama görüşü keçiriləcək. Həmin matçda azərbaycanlı futbolçuları meydana hansı baş məşqçinin çıxaracağı hələlik bəlli deyil. Belə bir təkliflə sizə müraciət edən olub?

- Yox, bu haqda mənə bir söz deyən olmayıb. Həm də mən eşitmişdim ki, "Atletiko" ilə "Bakı" qarşılaşacaq. İspanlarla "Bakı"nın yox, yerli futbolçulardan qurulmuş komandanın oynayacağını ilk dəfə sizdən eşidirəm.

- Son vaxtlar adınız "Qəbələ" ilə yanaşı hallansa da, keçən dəfə bu komandadan təklif almadığınızı demişdiniz. Bu məsələdə hansısa yenilik varmı?

- Yox, heç bir yenilik yoxdu. Mən də elə mətbuatdan oxuyurdum bu xəbərləri. "Qəbələ"dən heç kim mənimlə əlaqə saxlamayıb. Ümumiyyətlə, təkcə "Qəbələ"dən yox, heç bir klubdan təklif almamışam.  




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31