28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

“Rəvan” 4 yoxlama oyunu keçirəcək

"Rəvan” FK yeni mövsümün hazırlıqlarını davam etdirir. Futbolxeber.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, komandanın bazası və "Bayıl Arena”da məşq edən "Rəvan”ın qarşıdakı yoxlama matçlarının təqvimi də bəllidir.

Belə ki, 4 oyun keçirməyi planlaşdıran "Rəvan”nın rəqibləri müəyyənləşib. Paytaxt klubu özü kimi I divizionda mübarizə aparacaq kollektivlərlə qüvvəsini sınayacaq.

İlk rəqib "Qaradağ Lökbatan” olacaq. Sabah "Dalğa Arena”da keçiriləcək matç saat 19:30-da başlayacaq.

"Rəvan” digər komandalarla isə "Bayıl Arena”da üz-üzə gələcək. Belə ki, komanda avqustun 9-da "Mil Muğan”, 13-də "Neftçala”, 16-da isə "Ağsu” ilə görüşəcək. Sözügedən matçlar saat 19:00-da başlayacaq.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31