24 Aprel 2024, Çərşənbə
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

Böyükağa Hacıyev: “Elə bu səbədən də vuruşuram ki, qrup mərhələsinə düşüm”

“Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev Futbolxeber.az saytına müsahibə verib. Təcrübəli mütəxəssis ilk öncə bu gün son mənzilə yola salınan veteran futbolçu Ələkbər Məmmədov haqda danışıb:

- Nə qədər başımız qatışıq olsa da, bura gəlmək hər birimizin borcudur. Azərbaycan futbolunun karifeylərindən birini itirdik. Ələkbər Məmmədov böyük futbolçu idi. Hər kəsin də borcudur ki, bu gün onun son mənzilə yola salınmasında iştirak etsin. Bu gün biz veteran futbolçularımıza qarşı biganəlik nümayiş etdirsək, sabah bizi də heç kim yada salmayacaq. Mən onun ailəsinə, bütün yaxınlarına başsağlığı verirəm. Qəbri nurla dolsun. Ələkbər Məmmədovun çox rəngarəng karyerası olub. Yaşca ondan kiçik olanlar daim mərhum futbolçumuzdan nəsə öyrəniblər. Adicə onunla ayaqüstü söhbət edəndə, mən nəsə yeni bir şey öyrənirdim. Ondan öyrənəsi şeylər hələ çox idi.

- Qarşıda “Neftçi”ni “Çixura” ilə mühüm oyun gözləyir...

- Ayın 7-si səfərdə “Çixura”yla qarşılaşacağıq. Bu oyuna çox ciddi şəkildə hazırlaşırıq. Oyundan 1 gün əvvəl səfərə çıxacağıq. Məqsədimiz səfərdə uğur qazanmaqdı.

- İlk oyunda rəqib müdafiəyə tam qapandı. Böyük ehtimalla, cavab oyununda da eyni taktika ilə oynayacaqlar. Onların taktikasına qarşı yeni variant fikirləşmisiz?

- Orada tam fərqli taktika olacaq. “Koper”lə səfər oyununda da fərqli tatika ilə oynadıq. Amma unutmayaq ki, bu mərhələyə kimi irəliləyən komanda zəif olmur. Onlar da bizi tam analiz ediblər. Bu səbəbdən də taktikanı dəyişməliyik. Elə oyun qurmaq lazımdı ki, rəqibi sənin əlivi “oxuya” bilməsin. Çalışacağıq ki, onların etdikləri bütün analizlər boşa getsin.

- “Çixura”yla Bakıdakı oyundan sonra iki komandanın azarkeşləri arasında insident yaşandı. Bu məqam “Neftçi”ni cavab oyununa daha da motivasiya edir?

- Məni qorxan görmüsüz? Nə vaxt məni qorxan görsəz, “Neftçi”ni də qorxmuş görərsiz. “Neftçi”nin nə oyunu var, onu da meydanda göstərəcək. Heç kimdən, heç nədən qorxmuruq.

- Gürcüstandakı oyundan sonra həftəsonu Premyer Liqanın ilk turunda Naxçıvana səfər edəcəksiniz. 3 gün sonra isə Qəbələdə komandanı “Qarabağ”la Superkubok oyunu gözləyir. Qrafikin sıxlığı “Neftçi”yə problem yaratmayacaq?

- Həqiqətən də çox sıx qrafik də oynayacağıq. Amma bunu da problem hesab etmirəm. Çünki indi heyətimiz daha genişdir. Əlimin altında lazımı qədər futbolçu var. Ola bilər ki, Naxçıvanda fərqli heyətlə meydana çıxaq, “Qarabağ”a qarşı tam fərqli heyətlə mübarizə aparaq. İnşallah, Avroliqada play-offa yüksəlsək, lazım gələrsə həmin oyun üçün də fərqli heyət meydana buraxarıq. Çəkinəcək yerimiz yoxdur.

- “Çixura”yla qarşılaşmadan sonra Nikolas Kanalesin “Neftçi”yə qayıdışının mümkün olduğunu demişdiniz. Çilili hücumçunu nə vaxt komandada görə biləcəyik?

- Əgər, qrup mərhələsinə düşsək, Kanales komandaya qayıdacaq.  

- Ancaq qrup mərhələsinə düşdükdən sonra?

- Bəli, ancaq qrup mərhələsinə düşdükdən sonra. Elə bu səbədən də vuruşuram ki, qrup mərhələsinə düşüm.

- Nfor “Koper”lə səfər, eləcə də “Çixura”yla ev oyununda lazımı səviyyədə çıxış edə bilmədi. “Neftçi”nin Gürcüstandakı oyuna Nforsuz başlaması mümkündür?

- Nfor istənilən səviyyədə oynamırsa, deməli günah bizdən ötüb. Bu gün “Neftçi”nin heyəti olduqca genişdir. Hər mövqeə uğrunda güclü rəqabət var. Olmayacaq Nfor, olacaq Ruslan. Olmayacaq Ruslan, olacaq bir başqası. Yəni, heyət baxımından narahat deyilik.    




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30