29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Tərlan Əhmədov: “AZAL-ın məqsədi Avroliqaya vəsiqə qazanmaqdı”

AZAL-ın baş məşqçisi Tərlan Əhmədov “İnter”ə qarşı keçirilən yoxlama oyunundan Futbolxeber.az saytına müsahibə verib.

- Əvvəlcə “İnter”ə 0:2 hesabı ilə uduzduğunuz oyun haqda fikirlərinizi bildirərdiniz.

- Boludan qayıtdıqdan sonra komandaya qısa istirahət verdik. İyulun 31-də yenidən məşqləri bərpa etdik. Komandanın hansı səviyyədə olduğunu öyrənmək üçün belə bir yoxlama oyununa ehtiyac var idi. Maraqlı qarşılaşma alındı. Uduzsaq da, oyun ərzində səhvlərimizi öyrəndik. Artıq çempionatın startına az qalıb. Çalışacağıq ki, qarşıdakı günlərdə səhvlərimiz üzərində işləyək, boşluqlarımızı dolduraq və ilk oyuna tam hazır olacaq.

- Hazırda AZAL-ı çempionata nə dərəcədə hazır saymaq olar?

- Hazırda hansısa komandanın çempionata tam hazır olması qeyri-mümkündü. Yalnız bir neçə tur keçdikdən sonra bu barədə danışmaq olar. Amma Boludakı yoxlama oyunlarında komanda heç də pis təsir bağışlamadı. Düşünürəm ki, çempionatın startındakı oyunlar çempionata nə dərəcədə hazır olduğumuzu göstərəcək. Əsas məqsədlərimizdən biri çempionata uğurla start verməkdir. Çünki ilk turda uğur qazanmaq komandaya inam verir.

- Ötən mövsümlə müqayisədə AZAL-ın heyətində xeyli dəyişikliklər oldu. İstədiyiniz heyəti tam formalaşdıra bildinizmi?

- Bəli, tam istədiyim heyəti formalaşdıra bildim. Lazımı mövqeləri gücləndirdik. Buna baxmayaraq, yenə də çatışmazlıqlar var. Qısa müddət ərzində yeni komanda qurmaq çətindi. Komanda gündən-günə inkişaf edir. Keçən il buraxdığımız səhvlər bu il olmayacaq.

- Rəhbərlik qarşınıza hansı məqsədi qoyub? AZAL-ın çempionatda hədəfi nə olacaq?

- Rəhbərlik qarşımıza konkret hədəf qoymayıb. Amma biz istəyirik ki, komanda ilk “beşlik”də yer alsın. Əsas məqsədimiz də Avroliqaya vəsiqə qazanmaqdır.

- Fikir verdim, “İnter”lə oyunda rəqib künc zərbəsi yerinə yetirərkən 3 futbolçunuz meydanın mərkəzində qərarlaşırdı və belə olan halda, avtomatik rəqibin 4 futbolçusu da həmin yerə üz tuturdu. Bu addımınız nəyə hesablanıb: rəqib cərimə meydançanız daxilində üstünlük yarada bilməsin, yoxsa künc zərbəsindən sonra dərhal ani hücum qura biləsiniz?

Bu addımı atmaqda əsas məqsədimiz ani əks-hücumlar qurmaqdır. Digər tərəfdən də 3 oyunçunu mərkəzə çəkməklə rəqibi təzyiq altında saxlayırıq. Belə olan halda, rəqibin 4 futbolçusu mərkəzə çəkilir. Onlardan 3-ü bizim futbolçuları tutur, 1 isə bir qədər də arxada qərarlaşır. Biz bu addımı atdıqda rəqib hücumu düşündüyü qədər, müdafiəyə də diqqət ayırmalı olur.

- “İnter”ə qarşı keçirdiyiniz oyunu ilk turda qarşılaşacağınız “Xəzər Lənkəran”ın baş məşqçisi Oğuz Çətin də canlı olaraq stadiondan izlədi. Onun artıq AZAL barədə müəyyən təsəvvürü var. Bəs, siz “Xəzər Lənkəran” barədə hansı məlumatlara maliksiniz?

-  Açığını deyim ki, “Xəzər Lənkəran” haqda məlumatsızam. Bilirəm ki, komanda son olaraq Sloveniyada hazırlıq keçib. Amma oradakı yoxlama oyunlarından heç birinə baxa bilməmişəm. Çalışacağıq ki, həmin oyunlardan heç olmasa birinin videoyazısını tapaq. Tapa bilməsək də, bunu problemə çevirməyəcəyik. Əsas odur ki, biz öz meydanımızda oynayırıq və qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik.

 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31